Accessibility links

Azərbaycanın səfiri AİPAC konfransında məruzə edib



Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda ictimai əlaqələr üzrə Amerika İsrail komitəsinin illik toplantısında məruzə edib. “İsrailin Cənubi Qafqaz ölkələri ilə münasibətləri” mövzusunda keçən müzakirələrdə Azərbaycanın səfiri ilə yanaşı Cons Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institutunda İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Kornel, Hayfa universitetinin siyasi elmlər üzrə professoru Brenda Şaffer iştirak ediblər.

Səfir Elin Süleymanov Azərbaycan və ABŞ arasında əlaqələrdən danışaraq, iki ölkənin enerji və əks-terror sahəsində yaxın tərəfdaşlıq münasibətlərin malik olduğunu və ABŞ-ın regionun enerji layihələrinə dəstəyinin əhəmiyyətini qeyd edib.

Səfir Süleymanov çıxışında Azərbaycan və İsrail arasında münasibətlərin tarixinə toxunub. O, əhalisinin əsas hissəsinin müsəlmanlardan ibarət olan Azərbaycanda yəhudi icmasının heç vaxt dini ayrı-seçkiliyə məruz qalmadığını xüsusi vurğulayıb. Səfir deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yəhudi icmasının üzvlərinin azərbaycanlılarla bərabər qəhrəmancasına döyüşüb həlak olduğunu heç vaxt unutmayacaq.

Səfir Elin Süleymanov İsrailin enerji ehtiyatlarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən təmin edildiyini qeyd edərək, iki ölkə arasında hazırkı münasibətlərin gələcəkdə daha da genişləndirilməsində yüksək səviyyədə rəsmi səfərlərin rolunu qeyd edib.

Svante Kornell Cənubi Qafqazın regionun coğrafi mövqeyini təhlil edərək, bölgəni Qərb və Şərq arasında mühüm dəhliz kimi qiymətləndirib və Rusiya və İranla sərhəddə malik olan Azərbaycanın İsraillə strateji əməkdaşlıq məsələsində sadiqliyinin əhəmiyyətini qeyd edib.

Professor Brenda Şaffer Azərbaycanda müşahidə etdiyi toleratlıqdan söz açıb. Dağlıq Qarabağ münaqişəsi haqda toplaşanlara məlumat verən Brenda Şaffer Ermənistan və İran arasında münasibətlərdən danışıb.

Vaşinqtonda ictimai əlaqələr üzrə Amerika İsrail komitəsinin dörd gün sürəcək illik konfransında Yaxın Şərqdə vəziyyət və ABŞ-İsrail münasibətlərindən tutmuş, regionun geo-siyasəti, Yaxın Şərq və Şimali Afrika ölkələrində Ərəb baharı kimi tanınan xalq hərakatlarından sonra bölgədə gedən proseslər, İranın nüvə proqramı və beynəlxalq ictimaiyyətin fəaliyyəti kimi geniş məsələlər müzakirəyə çıxarılıb. Müzakirələrdə region və beynəlxalq məsələlər üzrə aparıcı ekspertlər iştirak edir. Hər il keçirilən illik toplantıya ABŞ-ın yüksək səviyyəli rəsmiləri dəvət edilir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG