Accessibility links

Səfir Elin Süleymanov etimadnaməsini prezident Barak Obamaya təqdim edib


Səfir Elin Süleymanov etimadnaməsini prezident Barak Obamaya təqdim edib
Səfir Elin Süleymanov etimadnaməsini prezident Barak Obamaya təqdim edib

Azərbaycan Respublikasının ABŞ-da yeni təyin olunmuş səfiri Elin Süleymanov etimadnaməsini Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya təqdim edib. Bu haqda Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi məlumat yayıb.

Azərbaycanın yeni səfirini Ağ Evdə salamlayan ABŞ prezidenti Barak Obama Azərbaycan və Birləşmiş Ştatlar arasında birgə maraqlar əsasında qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. ABŞ prezidenti Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində verdiyi olduqca mühüm töhfələrdən razılığını ifadə edib və Azərbaycanı bütünlüklə Avro-Atlantik icmanın enerji təhlükəsizliyi üçün əsas tərəfdaşlardan biri kimi qiymətləndirib.

Səfir Elin Süleymanov Azərbaycanın iki ölkə arasında münasibətlərin, habelə çoxtərəfli tərəfdaşlıq əlaqələrinin dərinləşməsi və genişləndirilməsi işinə sadiq qaldığını vurğulayıb.

Elin Süleymanov 2011-ci ildə oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında Fövqəladə və Səlahiyyətli səfiri təyin edilmişdir. O, 2006-cı ildən Azərbaycan Respublikasının Los Ancelesdə baş konsulu olmuşdur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG