Accessibility links

Elizabet Teylor son mənzilə yola salındı


Elizabet Teylor son mənzilə yola salındı

Elizabet Teylor son mənzilə yola salındı

Hollivudun əfsanəvi aktrisası Elizabet Teylor Los Ancelesdə son mənzil yola salınıb. Özəl anım mərasimindən sonra aktrisanın cənazəsi onun yaxın dostu Maykl Ceksonun dəfn edildiyi Forest Lawn qəbiristanlığında torpağa tapşırılıb. Yalnız ailə üzvləri və yaxın dostların iştirak etdiyi bir saatlıq mərasim Elizabet Teylorun vəsiyyət etdiyi kimi 15 dəqiqə gec başlayıb. Aktrisanın sözçüsü deyib ki, Teylor anım mərasimində “O öz dəfn mərasiminə belə gecikmək istəyirdi” ifadəsinin səslənməsini istəyib. Aktyor Kolin Farrel mərasim zamanı şer deyib, Teylorun nəvəsi Ris Tivey isə trubada Amazing Grace dini mahnısını solo ifa edib. 79 yaşlı Elizabet Teylor şərşənbə günü ürək çatışmazlığı səbəbi ilə dünyasını dəyişib. Məşhur Hollivud ulduzlarının bir çoxu Los Anceles ətrafındakı Forest Lawn qəbiristanlığında dəfn edilib.

XS
SM
MD
LG