Accessibility links

Hollivud ulduzu Elizabet Teylor dünyasını dəyişib


Hollivud ulduzu Elizabet Teylor dünyasını dəyişib
Hollivud ulduzu Elizabet Teylor dünyasını dəyişib

Əfsanıvi aktirsa böyük ekranda yaratdığı Kleopatra obrazı ilə yaddaşlarda qalıb

Hollivudun əfsanəvi ulduzu, unudulmaz Kleopatra obrazı ilə yaddaşlarda qalan Elizabet Teylor 79 yaşında dünyasını dəyişib. İki ay əvvəl Los Ancelesdə xəstəxanaya aparılmış Teylor ürək çatışmazlığından əziyyət çəkirdi. Elizabet Teylor 12 yaşından kino-filmlərə çəkilməyə başlayaraq, Hollivudun ən yüksək zirvəsinə çata bilmişdir. O, bir neçə dəfə Amerika Kino Akademiyasının ən yüksək mükafatı olan Oskara layiq görülmüşdür. Xanım Teyloru dünyanın ən gözəl qadınlarından biri adlandırırdılar. Həyatının son illərini Elizabet Teylor QİÇS xəstəliyi ilə mübarizə səylərinə yönəltmişdir. Bu fəaliyyətlərinə görəə, o, 1993-cü ildə xüsusi Oskar mükafatına layiq görülmüşdü.

XS
SM
MD
LG