Accessibility links

Bakteriyalarla mübarizədə həşəratların rolu [Video]


Bakteriyalarla mübarizədə həşəratların rolu
please wait

No media source currently available

0:00 0:01:49 0:00

Dünyada həşəratlar haqda bilinməyən sirrlər hələ də mövcuddur. Xüsusən də ölümcül olanları. Britaniyada bir qrup alim bəzi ölümcül həşəratların zəhərlərində mövcud olan peptidlərin "kimyəvi kitabxanası"nı qurmağa səy göstərirlər. Onlar bu yolla həmin həşəratlardan qorunmaq üçün dərmanlar kəşf etməyə ümid bəsləyir.

Plastic qutuda yaşayan 400-ə yaxın həşaratın bir dəfə dişləməsi ağrıdan tutmuş ölümə qədər hər şeylə nəticələnə bilər.

Onların zəhəri yüzlərlə kimyəvi komponent daşıyır və hər birinin fərqli hədəfi və təsiri var və bu, tibbi tədqiqatçıların marağına səbəb olur.

Stiven Trim: “Onlardan bəziləri bakteriyanı öldürə bilər. Bunlara E.Coli və stafilokokus daxildir. Müasir tibbin bacarmadığı yerlərdə bu köməyimizə çatır. Həmçinin bu zəhərləri xərçəng hüceyrələrini öldürməkdə də istifadə etmək olur.”

Bakteriyaları öldürmək üçün yeni yolların tapılması mühim haldır. Antibiotiklərdən həddən artıq istifadə etmək vərəm kimi superbakteriyaya yol açır. Belə bakteriyalara müqavimət göstərmək çətin olub.

Heyvan zəhərləri tibbdə əvvəllər də istifadə olunub. Lakin dünyada 100 mindən çox fərqli heyvan zəhəri var ki, hələ də bəziləri kəşf olunmayıb.

Trim deyir ki, VenomTech tədqiqatçıları bu komponentləri kataloqlaşdırmağa və onların içərisindən dərmana çevrilə bilənləri tapmağa çalışırlar.

Steven Trim: “VenomTech-in məqsədi zəhərləri komponent hissələrinə ayırmaq və onları düzgün xəstəlik üçün müəyyən etməkdir. Beləliklə dərman kəşf etmək istəyən komandanın düzgün zəhəri düzgün dərman üçün müəyyən etmək kimi vəzifəsi var.”

Həşəratları yaxşı qidalandırırlar ki, daha çox zəhər əldə olunsun. Onları qidalandıranda da ehtiyatlı olmağa diqqət yetirilir.

Komponentlər yüksək təzyiqli kromatoqrafik maye adlanan - içərisində hər zəhər üçün yüzlərlə zülal olan iki mərhələli prosesə ayrılır. Hər zülalın 1-5 arasında fərqli molekulları var ki, bu molekullar bir gün güclü bir dərmana çevrilə bilər.

XS
SM
MD
LG