Accessibility links

Elm

İnsan üzünün bərpası texnologiyası [Video]


Ohayo dövlət universitetinin plastik cərrahı Maykl Miller və İllinoys universitetinin professoru Qlaucio Paulino üzü eybəcər hala düşmüş insanlara kömək edir.

Ohayo Dövlət universititinin plastik cərrahı Maykl Miller və İllinoys universitetinin professoru Qlaucio Paulino arasında ümumi cəhətlərin nədən ibarət olduğu ilk baxışdan aydın olmaya bilər. Ancaq onların birlikdə apardığı araşdırmaların ümumi bir məqsədi var, bu da üzü eybəcər hala düşmüş insanlara kömək etməkdən ibarətdir.

"Siz burda üzünün bir hissəsini xərçəng xəstəliyinə görə və ya partlayış nəticəsində itirən xəstələri görə bilərsiz."

Milli Elm fondunun dəstəyi ilə Miller və Paulino “topoloji optimallaşdırma” adlanan texnologiyadan istifadə edərək təkcə insanların üzü deyil, əslində onların həyatları yenidən bərpa edirlər.

“Topoloji optimallaşdırma” texnikası bizə materiallardan harada istifadə edib-etməmək haqda məlumat verir. Əgər biz bu texnikanı binaların, maşınlar və təyyarələrin optimallaşdırmasında istifadə ediriksə, nə üçün bundan insanların üz cizgilərinin optimallaşdırılmasında istifadə etməyək.”

Lakin sümüklər, qan damarları və toxumalar sadə mexanizmlərlə ilə müqayisədə qat-qat mürəkkəbdir…

“Bu kiçik yerdə görmə, iy hiss etmə, danışıq və udma funksiyaları yerləşir… bütün bu funksiyaları bərpa etmək həddən artıq çətindir.”

Onlar riyazi formulalardan istifadə edərək hər bir xəstə üçün xüsusi əvəzləyici üz strukturu modeli hazırlayır.

“Kompyuter materialları götürərək, dizaynerin perimetrlərinə əsaslanıb yekun strukturu yaradır.”

Millerin əməliyyat zamanı bu əvəzedici hissələrdən istifadə etməsi vaxt alacaq. Uzun müddətli məqsəd xəstələrin öz sümüklərini inkişaf etdirməkdir.

“Mən əminəm ki, gün gələcək biz insanın üzündəki sümükləri əvəz edə biləcək xüsusi formada olan sümükləri yarada biləcəyik.”

Çox vaxt uzaqdan-uzağa fikirləri ilə bölüşən Paulino və Miller bir-birinin istedadına çox yüksək qiymət verir. Onlar xəstələr üçün görülən bu xeyirli işin uzun müddətli olacağına inanırlar.

"İnsanlar üz toxumaları və sümüklərin itirilməsi kimi qüsurların bərpasından çox faydalana bilər."

Travma nəticəsində meydana gələn üz zədələrinin biomühəndislik yolu ilə bərpası insanlarda həqiqətən də xoşbəxt təbəssüm yaradan bir ideyadır.
XS
SM
MD
LG