Accessibility links

Boyana bilən günəş batareyaları [Video]


Boyana bilən günəş batareyaları
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Günəş panelləri zavodlarda kadmium xlorid kimi toksik maddələrdən düzəldilir. St. Meri kollecinin tədqiqatçıları deyir ki, onlar əlverişli səth üzərini boyayaraq zəhərsiz maddalərdən günəş panelləri inkişaf etdiriblər.

Getdikçə genişlənən günəş batareya texnologiyası hazırda olduqca bahalı silikondan düzəldilmiş fotovolt materiallara əsaslanır. Silikon kimyəvi elementdir. Bu polimerdən olan silikondan fərqlidir. Və ya kadmium telluriddən düzəldilir ki, bunun maya dəyəri olduqca bahadır.

St. Meri Kollecinin assistent professoru Troy Tounsend deyir ki, daha az səmərəli lakin daha ucuz qeyri-üzvi materiallar boyanıla bilən günəş batareyaları düzəltməkdə istifadə oluna bilər.

Daha yüksək fayda əldə etmək üçün isə bu ucuz materyalı evlərin damı kimi geniş səthlərə yerləşdirilə bilər.

Troy Tounsend: “Silikon günəş batareyaları 16 və 18 faiz səmərəlidir. Satışda 20 faizə qədər səmərəli olan kadmium telluriddən düzəldilmiş günəş batareyaları var. Bizim cihaz hazırda 5 və 12 faiz arası səmərəlidir.”

Fotovolt material nanokristalların qeyri-üzvi həlledicilərlə qarışımından sintez oluna bilər.

Troy Tounsend: “Gördüyünüz bu layları boya kimi istehsal etmişik. Onları çap edərək, boyayaraq bütün cihaza tətbiq etmək olar.”

Səthə tətbiq etdikdən sonra işığa həssas laylar qızmalıdır. Tərkibində zəhərli maddə yerinə zəhərsiz materiallardan istifadə edilir.

Tək-tək batareyaları parallel olaraq qoşduqda gərginlik əldə olunur. Tounsend ümid edir ki, bir gün günəş batareyaları hər kəs tərəfindən istifadə olunacaq.

Troy Tounsend: “Hədəfimiz bunu gündəlik istifadə halına gətirməkdir. Hər kəsin mətbəxində bunu düzəltmək üçün lazım olan alət var.”

O həmçinin əmindir ki, davamlı araşdırmalar boyana bilən günəş batareyalarında səmərəliliyi artıracaq.

XS
SM
MD
LG