Accessibility links

Elm

Tokio avtomobil sərgisi [Video]


Yəqin ki, biz artıq adi avtomobildən istifadə etməyəcəyik. Toyotanın istehsal etdiyi FCV Plus modeli kimi avtomobillə tezliklə bizim növbəti avtomobilimizə çevriləcək.

Yaponiya hökumətinin dəstəyi ilə Yaponiya avtomobil istehsalçıları Amerika və Avropa tərəfdaşları ilə birlikdə hidrogenə əsaslanan texnologiya istiqamətində irəliləyirlər.

Tahakiro Haçiqo: “Biz hidrogen gücündən istifadə və istehsal edən cəmiyyət qurmaq istəyirik.”

Hondanın buna bənzər modeli Clarity inteqrasiya olunmuş yanacaq elementlərinə, elektrikli mühərrikə və sürət qutusuna malikdir. Bu, 2008 modelində olandan 30 faiz kiçikdir.

Yanacaq elementləri hidrogeni yandıran elektrik güc generatorlarıdır ki, kainatda olan ən çox elementdir. Hidrogenlə işləyən avtomobillər səssiz, səmərəli olur və havanı çirkləndirmə dərəcəsi sıfırdır.

Clarity modeli gələn il mart ayından Avropada və daha sonra ABŞ-da satışa çıxarılacaq.

Nissan və Volkswagen kimi avtomobil istehsalçıları batareya ilə işləyən avtomobillər istehsal etməkdə davam edir. Xüsusilə də Çin hökuməti hibrid və elektriklə işləyən avtomobillərin alınmasında güzəştlər təklif edir.

Karlos Qosn: “Biz elektriklə işləyən avtomobil bazarında çoxdan varıq və üstünlüyümüzü bu texnologiyada saxlamağa çalışırıq.”

Volkswagen şirkəti Tiguan modelinin yeni hibrid versiyasını təqdim edib. Avtomobil 50 km-ə qədər elektrik rejimində və daha uzun məsafələr üçün günəş batareyası tavanına sahibdir.

Herbert Diess: “Günəş şüalarından asılı olaraq avtomobil daha uzağa gedə bilər. Çünki günəş batareyası rejimi bir ildə əlavə olaraq 1000 km-lik enerji istehsal edə bilər.”

Nissan şirkətinin İDS Concept modeli ən yüksək texnologiyaya malik avtomobildir. Şirkət bu modeli 2020-ci ilədək tədricən bazara çıxarmağı planlaşdırır.

Özünü idarə edən avtomobil məfhumunda yenilik Yamaha şirkətindən gəlib. Şirkətin istehsal etdiyi motosiklet robot tərəfindən idarə olunur. Yamaha deyir ki, bahalı özünü idarə edən avtomobillərdənsə, biz robotlardan istifadə edərək motosikletlərdə gəzə bilərik.

XS
SM
MD
LG