Accessibility links

Elm

Ağıllı velosiped [Video]


Velosipedlər böyük şəhərlərdə nəqliyyatda alternativ vasitəyə çevrilməklə yanaşı qəzaların sayını da artırır. Sərnişinlər gedəcəkləri yer üçün smartfonlarında xəritəyə baxarkən fikirləri yayınır. Kanadada inkişaf etdirilmiş yeni texnologiya naviqasiyanı sadələşdirməklə yanaşı təhlükəsiz edir.

Montreal və Vaşinqton da daxil olmaqla dünyanın bir çox ölkələrində kredit kartı olan şəxs asanlıqla velosiped kirayə stansiyasına gedib velosiped kirayələyə bilər.

Lakin velosipedi sürməyi bacarmaqla yanaşı gedəcəyin yerə təhlükəsiz çatmaq da böyük bir məharətdir.

Montreal velosiped paylaşma şəbəkəsini işlədən İctimai Velosiped Sistemləri şirkəti bildirir ki, istifadəçilərin təhlükəsiz və rahat gedəcəkləri yerə çatmaları üçün naviqasiya cihazına ehtiyacları var.

Jan-Pol Poluks: “Nə qədər az insan bir əlində velosiped digər əlində smartfonla səyahət etsə, bir o qədər insan daha yaxşı yola fikirlərini cəmləşdirə bilər. Onlara məlumat yalnız müəyyən vaxtlarda çatdırılacaq.”

Montrealda yerləşən Cycle-Labs şirkəti tərəfindən inkişaf etdirilən SmartHalo cihazı velosiped istifadəçilərinə smartfonlarını ciblərində gəzdirməyə imkan yaradır.

Maxime Couturier: “Velosipedinizdə SmartHalonun olması sizə aydın və sadə yol göstərir.”

Sükana yerləşdirilmiş SmartHalo istifadəçinin smartfoununa kabelsiz bağlanaraq təhlükəsiz və sadə yolu tapır.

Yol qaydaları aydın şəkildə vizual siqnallarla göstərilir. Cihaz istifadəçinin vaxtını, sürətini, məsafəni və yandırdığı kalorini və gələn zəng və mesajları göstərir. O, su və toz keçirməyəndir və velosipeddən xüsusi açar olmadan çıxa bilməz.

Emilie Bonnier: “Bu həqiqətən əladır, ələlxüsus siz gedəcəyiniz B nöqtəsini bilmədiyiniz zaman. Şəhəri yaxşı bilmirsizsə, düşünürəm ki, bu çox əla cihazdır, hara gedəcəyinizi deyir.”

SmartHalo-nun qiyməti 150 dollardır. Cihaza yerləşdirilmiş sistem velisopedi oğurlamaq istəyəndə yüksək səsli həyəcan siqnalı verir və qırmız işıq saçır.

Cihazı kəşf edənlər onu Montrealda velosiped paylaşma şəbəkələrində quraşdırılacağına və tezliklə bütün dünyada velosiped istifadəçilərinin xidmətinə veriləcəyinə ümid bəsləypir.

XS
SM
MD
LG