Accessibility links

Pərsiz külək turbini [Video]


Pərsiz külək turbini
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Nəhəng külək turbinlərinin fırlanan pərləri elektrik hasil edir. Lakin firlanan pərlər quşlar üçün ölümcül təhlükə yaradır. Tunisdə ixtira olunun yeni külək turbininin pərləri yoxdur və ənənəvi külək turbinlərindən daha səmərəlidir.

Üç pərli külək turbinləri ucuzdur, ətraf-mühitin çirklənməsinin qarşısını alır və davamlıdır. Lakin bəzi araşdırmalara görə pərlərin sürətlə fırlanması nəticəsində hər il 300 min quş həlak olur.

Tunisli mühəndis Anis Auni tərəfindən yeni kəşf edilən Safonian cihazı bu problem həll edib. O qədim yelkən qayıqları və quşların və balıqların hərəkəti üzərində araşdırma apararaq parabolik çanaq düzəldib. Çanaq özünə xas formada hərəkət edərək gəminin üzdüyü vaxt tutduğu küləyi tutacaq şəkildə tutur.

Anis Aouni: “Bu havada böyük səkkiz rəqəminə oxşar şəkildə hərəkət edir. Bu hərəkətə biz təbiətdə də rast gələ bilərik. Ona görə mən dedim ki, Safonian biomimetriklə zəngindir. Çünki biz buna bənzər hərəkəti balıq üzdüyü zaman quyruğunda, quşlar uçduqda isə qanadlarında görə bilərik.”

Pərsiz külək hasilatçısı ənənəvi külək turbini ilə müqayisədə daha səssizdir və asanlıqla küləyin istiqamətinə uyğun yön dəyişə bilər. Prototipin diametri bir metrdən azacıq çoxdur. Lakin kompüter modelləri çanağın daha böyük ölçüyə genişlədilə biləcəyini göstərir. Auni ümid edir ki, yeni ixtira külək enerjisinin 80 faizini elektrikə çevirə biləcək.

Anis Auni: “Praktikada biz ənənəvi külək turbinindən 1.7 dəfə daha effektiv nəticə əldə etdik. İqtisadi cəhətdən də yeni cihaz ənənəvi turbindən ucuz başa gəlir.”

Tunis şirkəti Safon Enerji Mikrosoft şirkətinin dəstəyi də daxil olmaqla cihazın prototipini inkişaf etdirərək bir neçə mükafat alıb.

XS
SM
MD
LG