Accessibility links

Elm

2016-cı il texnologiyasının təqdimatı keçirilib [Video]


Yüksək keyfiyyətli kameralar, sensorlar, elektrik mühərrikləri və məsafədən idarə etmə cihazları getdikçə kiçilir, həm də o qədər ucuzlaşıb ki, onları gündəlik əşyalara daxil etmək olar. Smartfonların gücündən istifadə edərək onları robota çevirmək olar.

Conatan Roubin: “Yavaş-yavaş biz həyatımızda daha çox robot görəcəyik. Onlar adi robot kimi görsənməsə də onlar robot texnologiyası hesab ediləcək və digər cihazlara rahatlıqla qoşularaq gündəlik həyatımızı daha da asanlaşdıracaq.”

Sensor Sfer adlanan ağıllı kiçik top rahatlıqla gözətçi rolunu oynaya və siz evdə olmadığınız vaxt baş verənlərə nəzarət edə bilər.

Ömər Barlas: “Onu bir otaqdan digər otağa götürə bilərsiniz və o, temperatur və rütubət haqda informasiyanı canlı video və audio vasitəsilə ötürəcək.”

Sensorlar o qədər incədir ki, onlardan başqa məqsədlər üçün də istifadə etmək olar. Məsələn, uçmuş evlərin altında qalanları xilas etmək üçün istifadə etmək olar.

Adidas idman malları istehsalçısının təqdim etdiyi futbol topu məşqçi və azərkeşləri maraqlı məlumatlarla təmin edəcək.

Vinti Bhatnaqar: “Futbol topunun içində üçoxlu akselerometr və bəzi sensorlar var ki, sürəti, uçuş məsafəsini, dönmə və ya firlanma sürətini ölçə bilir və applikasiya vasitəsilə dəqiqliklə onun vurulması barədə məlumat verir.”

Ağıllı top miCoach Smart Soccer adlanır və artıq onlayn 200 dollara satılır.

Digər ağıllı cihaz isə Skulpit Chisel adlanır və insan bədənində 24-ə qədər əzələni ölçə bilər.

Hose Bohorquez: “Bu yeganə cihazdır ki, vücuddakı piy miqdarını ölçə bilər və əzələlərin keyfiyyətini deyə bilər. Beləliklə, nə qədər çəki itirdiyiniz və nə qədər yeni əzələ yarandığı, kifayət qədər güclü olub-olmadığınızı müəyyən edə bilərsiniz.”

Virtual reallıq mobil telefonlar qədər getdikçə daha ucuzlaşır. Weareality adlanan sadə cihaz smartfonu virtual eynəyə çevirə bilər.

Devid Smidt: “Biz hər il telefon istifadəçilərinin sayının iki dəfə artdığını görürük. Bu yaxınlarda bütün texnologiyaların mobilləşəcəyinin və dayişa bilinəcəyinin şahidi olacağıq.”

Bunlar sadəcə tanıtımdır. Las Veqasda keçiriləcək Elektronika sərgisində başqa nələr görə biləcəyimizi təxmin etmək belə çətindir.

XS
SM
MD
LG