Accessibility links

Yemək artığından enerji istehsalı [Video]


BMT-nin məlumatına əsasən dünya boyu istehsal olunan ərzağın üçdə biri israf olur. Bu israfçılıq həmçinin iqlim dəyişikliyinə də təsir göstərir. BMT-nin Parisdə keçirdiyi iqlim dəyişikliyi sammitində artıq qalan yeməklər enerji hasilatına çevrilmədə istifadə olunur.

BMT-nin iqlim dəyişikliyi sammitində 40 minə yaxın insan iştirak edir. Onlar ətrafdakı 6 restoranda yemək yeyirlər. Burada hər gün bir tona yaxın yemək artığı meydana gəlir. Ətraf-mühit üçün ən xeyirlisi isə ərzaq tullantısını enerjiyə çevirməkdir. Bu vəzifəni iki ildir fəaliyyət göstərən Moulinot Compast and Biogas şirkəti öz üzərinə götürüb.

Şirkətin təsisçisi Stefen Martinezdir.

Stefen Martinez: “Biz burada ərzaq tullantılarını toplamaqdan məmnunuq. Çünki ilk dəfədir ki, biz bu miqyasda tədbirdə iştirak edirik.”

Martinez biznes fəaliyyətinə tullantı şirkəti ilə başlamayıb. O restoran sahibidir. Onun Paris ətrafında 3 restoranı var.

Lakin o öz işi ilə ərzaq tullantılarından faydalı iş görmək istəyib.

Stefen Martinez: “Mənim üçün bunu etmək çox vacibdir. Bio-tullantıların 80 faizi sudur. Bunları yandırmağa ehtiyac yoxdur.”

O ərzaq tullantılarını Paris ətrafında yerləşən zavoda göndərir. Orada tullantılardan metan qazı əmələ gətirirlər və qazı yandıraraq elektrik əldə edirlər.

Serj Verdie bu zavoda rəhbərlik edir. O deyir ki, ərzaq tullantılarından inanılmaz miqdarda enerji əldə etmək olar.

Serg Verdie: “Yeməyi hazırlayarkən əmələ gələn tullantllar və yemək yedikdən sonra qabda qalan kiçik qırıntıları bir yerə toplasan, laptop-unuz üçün 2 saatlıq enerji əldə edə bilərsiz.”

Fransa ərzaq tullantılarından elektrik əldə etməyi planlaşdırır. Bu, qaz emissiyasının qarşısını almaq üçün dövlət planının bir hissəsidir.

Gələn il gündə 200 müştəriyə xidmət göstərən restorantar ərzaq tullantılarını yenidən emal üçün göndərməyə hazırlaşır.

Bu, mətbəx üçün əlavə iş deməkdir. Restoran sahibi Martinez bunu hamıdan yaxşı başa düşür.

Stefen Martinez: “Bio-tullantıdan əvvəl sizin sadəcə bir zibil qabınız var idi. İndi isə iki: biri yeməklər üçün, digəri isə yemək olmayan tullantılar üçün.”

Onun komandası bunu etməyə razıdır. Onlar başa düşür ki, bu cox vacibdir. Martinez bütün işçiləri bu haqda məlumatlandırmaq üçün təlimlər keçir. Sammitin aşpazı Kristian Opiqez da həmçinin.

Kristian Opiqez: “Bu ərzaq tullantısı deyil. Bu üzvi tullantıdır. Bunu yenidən emal etməklə planeti, ətraf-mühiti qorumaq olar. Ekosistem naminə.”

Yemək tullantılarını azaltmaq, elektrik hasil etmək, planeti qorumaq, bunlar restoranların əlindədir. Özü də hamısı bir yerdə.

XS
SM
MD
LG