Accessibility links

Elm

İlin yekunları - Texnologiya [Video]


Builki kompyuter hardveyr və softveyr, mexaniki cihazlar, sensorlar dünyanı bir addım robotlu gələcəyə yaxınlaşdırıb.

Elektrikli avtomobillər bu ilin hitinə çevrilib. İstehsalçılardan bəziləri daha çox yol qət etmə xüsusiyyətini nümayiş etdirirkən, digərləri hidrogenlə işləyən avtomobilləri təqdim edib. Honda şirkətinin icraçı direktoru Tahakiro Haçiqo deyir ki, onun şirkətinin böyük planları var.

Tahakiro Haçiqo: “biz hydrogen enerjisini istehsal və istifadə edən cəmiyyət qurmaq istəyirik.”

Özünü idarə edən avtomobillər gündəlik həyatda istifadə üçün əlverişli hala gətirilib. Mersedes şirkəti tərəfindən istehsal olunan yük maşını maqistralda təhlükəsiz şəkildə hərəkət edə bilir. Mersedesin əməkdaş şirkəti Daimlerdən Volfqanq Bernhard prosesə aydınlıq gətirirb.

Volfqanq Bernhard: “Gördüyünüz kimi mən sükandan əllərimi götürürəm. Avtomobil yoldan çıxmır və axımlı hərəkət edir.”

3D çap texnologiyası şiriniyyatdan tutmuş tibbi ləvazımata qədər istehsalda daha ucuz hala gəlib. Dayvergent Mikro şirkətindən Bred Balzer 3D çap edilmiş avtomobillər istehsal edir.

Bred Balzer: “3D çap edilmiş avtomobillərin gövdəsi təqribən 50 kilodur və dəmirdən düzəldilən gövdə ilə eyni möhkəmliyə və təhlükəsizliyə malikdir.”

Vinsun Mühəndislik şirkətinin icraçı direktoru Ma Yih deyir ki, 3D çap evləri yenilənə bilən materiallardan düzəldilir və dünyada yaşayış evlərində olan qıtlığı aradan qaldırmağa yardım edir.

Ma Yih: “Biz inşaat artıqlarından istifadə edirik. Onları kateqoriyalarına görə ayırır,çap üçün xüsusi mürəkkəbə çeviririk.”

Robotlar həmçinin insanlara bənzər xidmətçilərdən tutmuş robot barmenlərə, ifliç olmuş insanların gəzməsinə kömək edən robotlara qədər müxtəlif sahələrdə insanları əvəzləməyə başlayıb.

Vu Çenq-Hua: “Araşdırmalar nəticəsində öyrəndik ki, döş qəfəsindən aşağı ifliç olmuş insanlar bizim robototların köməyi ilə qalxa, gəzə və otura bilərlər.”

Ortoped cərrah Torvaldur İnqvarson deyir ki, beynin idarə etdiyi protezlər amputasiya olmuş xəstələrə böyük kömək göstərir.

Thorvaldur İnqvarsson: “Biz əzələlərə sensorlar yerləşdiririk və əzələlər siqnalları tutur. Siqnallar isə protezə göndərilir və protez insanın beyninin istədiyi kimi hərəkət edir.”

2015-ci il həmçinin dron ili kimi də yadda qalıb. Pilotsuz sualtı və uçan cihazlar dəniz hidrologiyası və biologiyasının kəşfinə başlayıb. Dronların köməyilə fermerlər tarlalarını analiz edir və hətta meydana gələ biləcək fəsadları təhlil edə bilirlər.

Softveyr proqramçıları smartfonlardan daha səmərəli isifadənin yollarını kəşf ediblər. Sem Sia Kolumbia universitetində tədqiqatçıdır.

Sam Sia: “Qan nümunəsin götürüb, laboratoryaya göndərməkdənsə, siz barmaqdan alınmış qanı heç bir yerə getmədən 15 dəqiqə içərisində nəticəni əldə edə bilərsiz.”

Video oyunları mütəxəssisi Con Kiks deyir ki, virtual reallıq oyun sənayesinə böyük təsir göstərib.

Con Hiks: “Virtual reallıq çox mükəmməl texnologiyadır və düşünürəm ki, sərgilərdə daha çox maraq çəkəcək.”

2015-ci ildə Mikrosoft şirkəti Vindovs 10 versiyasını təqdim edib və onun yüklişi pulsuz həyata keçirilir.

Son olaraq bu il əldə olunan nailiyyətlər arasında Space X şirkətinin fəzaya 11 peyki göndərməsindən sonra Yer Kürəsinə qayıtması yer alır. Falkon 9 raketinin yenidən istifadə oluna bilməsi yeni eranın başlanğıcı kimi da tarixə düşə bilər.

XS
SM
MD
LG