Accessibility links

Böyük insan kütləsinə nəzarət [Video]


Böyük insan kütləsinə nəzarət
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Nümayişlər əksər hallarda dinc xarakter daşıır. Lakin onlar nəzarətdən çıxaraq ölüm hallarına da yol açır. Keçən il Səudiyyə Ərəbistanında Həcc mərasimi zamanı izdiham nəticəsində 2000 zəvvar həlak oldu. Psixoloqlar deyir ki, insan kütləsinin necə və nə üçün belə davrandığını başa düşmək və onlara nəzarət etmək insanların özlərini idarə etmə qabiliyyəti ilə əlaqədardır.

Səudiyyə rəsmiləri deyir ki, onlar müqəddəs aylarda zəvvarların təhlükəsizliyini təkmilləşdirmək üçün 300 miliyon dollar pul xərcləyib.

Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanında izdihamlar yenə də baş verir. Beləliklə, psixoloqlar bunun qarşısının necə alınması və bunun nə üçün nə edilməli olduğunu anlamağa çalışır.

Bir qrup universitet tələbəsini müşahidə edən Susseks universitetinin psixoloqları subyektlərin sadəcə fiziki məkanı bölüşdükləri zaman özlərini fərd olaraq qəbul etdikdə fərq hiss ediblər. Lakin onlar sosial kimliklərini paylaşmağa bir o qədər meyl göstərməyib.

Anne Templeton: “Biz bir qrup universitet tələbəsini sosial kimliklərini paylaşmaları üçün bir araya gətirdik və onlara bir iş verdik. Onlar işi görmək üçün universitetin kitabxanasına getməli idilər Biz onları videoya çəkməyə başladıq və onların davranışlarını izlədik. Bu davranışı onların bir yerdə olmadıqları vaxt davranışları ilə müqayisə etdik.”

Ortaq kimliyə sahib tələbələr, məsələn, eyni papaq geyənlər bir yerdə gediblər. Eyni qrupa aid olmayanlar isə tək-tək bir-birlərini ötüb keçərək addımlayıb.

Video çəkimdən istifadə edərək Münhendə yerləşən Tətbiqi Elmlər Universitetinin psixoloqları qurduqları kompyuter simulasiyasının köməyilə eyni kimliyə sahib tələbələrin yavaş hərəkət etdiklərini və panikadan daha az təsirləndiklərini müəyyən ediblər. Onlara nəzarət daha asan olar. Çünki onlar eyni qrupa aid olduqları üçün özlərini daha təhlükəsiz hiss edib.

Dr. Con Druri: “Biz belə qənaətə gəldik ki, kütlədə nə qədər çox insan bir-birinə uyuşarsa, onlar daha çox sosial dəstək gözləyəcəklər.”

Psixoloqlar deyir ki, bu və digər araşdırmalar göstərir ki, qrup içərisində bir-biriləri ilə kommunikasiya qura bilən şəxsələr onlara hansı davranışın təhlükəsiz və ya təhlükəli olduğunu müəyyən etməyə kömək edir.

XS
SM
MD
LG