Accessibility links

Elman Abdullayev: Azərbaycan vətəndaşları İranın xüsusi xidməti tərəfindən saxlanılıb


Azərbaycanlı şairlər Şəhriyar delGerani (Hacızadə) və Fərid Hüseyni İrana poeziya festivalına gedib və mayın 2-dən onlardan xəbər yoxdur.

Gənc azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İranın xüsusi xidməti tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Bu barədə bugünkü mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Cənab Abdullayev deyib ki, gənclərin taleyi Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğun gündəlik diqqət mərkəzindədir. “Lakin təəssüf ki, İran tərəfi həbs faktını təsdiqləmir və azərbaycanlı vətəndaşların yeri və taleyi barədə heç bir məlumat vermir”, - deyə o qeyd edib.
Öz növbəsində, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İran tərəfinin hərəkətini “rüsvayçılıq” adlandırıb. “Hər gün yüzlərlə adam hər iki istiqamətdə sərhədi keçir, onların hər birinə casus gözü ilə baxmaq güzgün deyil. Bu, mehriban qonşuluq münasibətlərinə ziddir”, - o vurğulayıb.

“Xüsusilə narahatedici haldır ki, Tehran Azərbaycan vətəndaşlarının harada saxlanması barədə heç bir məlumat vermir”, - Ə.Həsənov qeyd edib.

Azərbaycanlı şairlər Şəhriyar delGerani (Hacızadə) və Fərid Hüseyni İrana poeziya festivalına gedib və mayın 2-dən onlardan xəbər yoxdur. Yerli medianın yazdığına gənc şairlər Təbrizdə mülki geyimli şəxslər tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.

XS
SM
MD
LG