Accessibility links

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib


Elman Rüstəmov
Elman Rüstəmov

Elman Rüstəmov və Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilib. Bu qərarı Milli Məclisin aprelin 3-də keçirilənplenar iclası qəbul edib.

Deputatlar Elman Rüstəmovun fəaliyyətini müsbət qiymətləndirib.

“Elman Rüstəmov çox peşəkar kadrdır”, Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib.

Elman Rüstəmov 1995-ci ilin yanvarından Mərkəzi Bankının İdarə Heyətinin sədridir. Xəqani Abdullayev isə 2010-cu ildə İdarə Heyətinin üzvü seçilib.

E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.

Mərkəzi Banka sədr Azərbaycan Prezidentinin sərəncamı ilə təyin edilir.

Müşahidəçilər Rüstəmovun yenidən İdarə Heyətinin sədri təyin ediləcəyinə əmindir.

Xatırladaq ki, 2013-cü ildən Ellman Rüstəmovun adı Avstiyada Azərbaycan milli valyutasının çapı zamanı rüşvət almaqda hallanır.

“Bloomberg” agentliyinə Vyana prokurorluğu bildirib ki, Azərbycan və Suriya mərkəzi banklarının rəhbərləri pul çapı üçün müqavilələrə görə Avstriya mərkəzi Bankından rüşvət alıblar. “83 səhifəlik ittihamnaməyə görə, Azərbaycan və Suriya banklarının rəhbərləri Elman Rüstəmov və Abid Malayev 14 milyon avro məbləğində rüşvət alıblar”, agentlik yazıb.

Azərbaycan Mərkəzi Bankının mətbuat xidməti Vyana prokurorluğunun məlumatını təkzib edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG