Accessibility links

Elman Rüstəmov: İlin sonunadək manatın məzənnəsində problem görmürəm


Valyuta dəyişmə məntəqəsi

Valyuta dəyişmə məntəqəsi

Əgər neftin qiyməti 50 dollardan aşağı enməsə və tərəfdaş ölkələrin iqtisadi balansı saxlanarsa manatı yeni devalvasiya təhlükəsi gözləmir. Bu proqnozu Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov verib.

O, AzTV-yə müsahibəsində deyib.

“Əgər neftin orta qiyməti 50 dollar səviyyəsində qalarsa və bizim ticari tərəfdaşlarımızın iqtisadiyyatnda heç bir ciddi problemlər olmasailin sonunadək və ortamüddətli dövrdə manatn məzənnəsi ilə bağlı heç bir problem görmürəm,”, E.Rüstəmov vurğulayıb.

Manatın məzənnəsinin korreksiyasından sonra (fevralın 21-də manatın devalvasiyası nəzərdə tutulur) ölkənin çox mühüm ticari üstünlükləri meydana çıxıb, Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artıb.

“Biz qeyri-neft sektorunda məhsul ixracının artdığını görürük, daxili bazarda tələbatı isə öz istehsalımızın hesabına ödəyirik, yəni bizim məhsulların rəqabət qabiliyyəti artır. Belə olan şəraitdə ölkənin xarici ticarət balansı ilin sonunadək balanşlaşdırılacaq”, AMB rəhbəri vurğulayıb.

Elman Rüstəmov

Elman Rüstəmov

E.Rüstəmov əmindir ki, hətta neftin qiyməti 40 dollara enərsə ölkənin ticarət balansı kəsirsiz olacaq, Azərbaycan iqtisadiyyatı isə risk zonasından uzaqdır.

Həmçinin E.Rüstəmov ilin sonunadək kreditlər üzrə dərəcələrin azaldılacağını vəd edib.

Bu yaxınlarda AMB banklara göstəriş verib ki, istehlak kreditləri üzrə komisyon haqlarını bir faizədək endirsinlər. Lakin bəzi banklar bunu birmənalı qarşılamayıblar və komisyonun azaldılmasını kreditlər üzrə faiz dərəcələrinin artırılması ilə kompensasiya etməyə cəhd göstəriblər.

Onun sözlərinə görə, beynəlxalq praktikada uzunmüddətli iri kreditlərdən fərqli olaraq istehlak kreditləri üzrə komisyon haqları belə yüksək olmur.

“Ümid edirik ki, ilin sonunadək dərəcələr aşağı salınacaq, monitorinq artıq bunu təsdiqləyir. Biz istehlak kreditləri üzrə maksimum dərəcələrin endirilməsi üzərində işi davam etdiririk. Bu istiqamətdə tədbirlər ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək. Banklar AMB-nin tələblərinə cavab verərsə və daxili reytinq sistemində öz yerini tutarsa daha ucuz resurslara çıxış imkanları əldə edə biləcəklər”, AMB rəhbəri bildirib.

Eyni zamanda E.Rüstəmov kreditlər üzrə borcların silinəcəyi barədə illüziyaları dağıdıb.

Onun sözlərinə görə, bunu etmək mümkün deyil. Çünki belə olan halda banklarda depozitləri olan başqa vətəndaşlarn maraqlarına ziyan dəyəcək.

XS
SM
MD
LG