Accessibility links

Elman Rüstəmov post-neft dövründən danışıb


Elman Rüstəmov
Elman Rüstəmov

Mərkəzi Bankın sədri E.Rüstəmovun fevralın 4-də Neftçala rayonunda (Bakıdan 174 kilometr cənub) ictimaiyyət nümayəndələri ilə görüşündə post-neft dövrünün başlanmasından danışıb. O ölkədə indiyədək aparılan uğurlu siyasətdən, yoxsulluğun azaldılmasından, bir milyondan çox iş yerinin açılmasından danışıb.

Rüstəmov əhalini inandırmağa çalıçıb ki, indiyədək ölkədə aparılan uğurlu siyasət post-neft dövründə də uğurlu olacaq.

Xatırladaq ki, son ayda regionlarda manatın devalvasiyasına, infilyasiyaya, işsizliyə etiraz olaraq keçirilən alksiyalardan sonra hökumət üzvləri regionlarda əhalini hökumətin uğurlu siyasətinə inandırmağa çalışır. Belə ki, bundan öncə prezidentin köməkçisi Əli Həsənov Qubada, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Goranboyda ictimaiyyətlə görüşlər keçirib.

Elman Rüsrtəmov Neftçaladakı görüşündə bildirib ki, hazırda pul-məzənnə siyasəti ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, iqtisadiyyatın şaxələnməsinə, ixracatın stimullaşmasına yönəldilir.

“Manatın yeni, daha tarazlı və ədalətli məzənnəsi ixracın təşviqi və idxalın əvəzlənməsinə, xüsusən də ölkədə məşğulluğun təxminən 40%-ni təmin edən aqrar sektorun inkişafı üçün xüsusilə geniş imkanlar açır. Həyata keçirilən yeni nəsil struktur islahatları ilə birlikdə əlverişli məzənnə aqrar sektorun istehsal və ixrac potensialının tam üzə çıxmasında mühüm rol oynayacaqdır”, o qeyd edib.

Baş bankirin fikrincə, hökumətin və Mərkəzi Bankın başlıca vəzifələrindən biri qiymət və maliyyə sabitliyini qorumaqdır.

“Ölkə prezidentinin birbaşa nəzarəti və tapşırığı ilə inflyasiya ilə, xüsusilə də bəzi işbazlar tərəfindən süni qiymət artımları ilə ciddi mübarizə aparılır. Eyni zamanda əhalinin real gəlirlərinin qorunması üçün aztəminatlı sosial təbəqənin gəlirləri artırılır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə son qərarlar maliyyə resurslarının məhdudlaşdığı, dövlət xərclərinə sərt qənaət rejiminin tətbiq olunduğu bir şəraitdə qəbul olunub. Ümumilikdə büdcə xərclərin azaldılmasına baxmayaq əsas sosial xərclər yerində qalır”.

O hesab edir ki, başlanmış bank islahatları start götürən struktur islahatlar ilə birlikdə ümumilikdə ölkə iqtisadiyyatının, o cümlədən regionların yeni keyfiyyətdə inkişaf etməsinə əhəmiyyətli töhfə verəcəkdir.

“Bank islahatları imkan verəcəkdir ki, perspektivdə bank sisteminin resurs bazası güclənsin və iqtisadiyyatı kreditləşdirmək imkanları artsın”, Rüstəmov qeyd edib.

Maraqlıdır ki, baş bankidr çıxışında əhalini daha çox narahat edən kredit problemindən, ipoteka kreditlərindən danışmayıb. Hazırda təxmini hesablamalara görə ölkədə 2 milyonadək insan problemli kreditdən əziyyət çəkir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG