Accessibility links

Elmar Məmmədyarov: İkitərəfli strateji çərçivəni inkişaf etdirmək üçün Aİ ilə yaxından işləməyə hazırıq


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Vişeqrad Qrupu – Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə çıxış edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vişeqrad Qrupu – Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib.

Aprelin 29-da Budapeştdə Vişeqrad qrupu və Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilib.

lk öncə, Budapeştdə bizə göstərilmiş səmimi qəbul və qonaqpərvərliyə görə öz təşəkkürümü bildirmək istərdim.

Nazir bildirib ki, Vişeqrad Qrupu (V4) ilə Şərq Tərəfdaşlığı ölkələr arasında mövcud əməkdaşlığın iqtisadi həcminin möhkəmləndirilməsi üçün yaxşı platformadır.

“Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi V4 ölkələrinin ən iri ticarət tərəfdaşıdır. Keçən il Azərbaycanın V4 ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dollar təşkil edib və bu artmaqdadır”.

Məmmədyarov deyib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı razılaşdırılmış prioritetlər və ümumi maraqlara əsaslanan münasibətlərin qurulmasında maraqlı olduğunu bildirən mövqeyinə sadiqdir. Bu əməkdaşlığın dəyəri Azərbaycan ilə Aİ arasında keçmiş və hazırkı uğurlu əməkdaşlıq ilə dəyərləndirilir.

Onun sözlərinə görə Azərbaycan ilə Avropa İttifaqı arasında 2011-ci ildə Cənub Qaz Dəhlizinə dair strateji baxımdan əhəmiyyətli birgə bəyannamənin qəbulundan sonra dəhlizin tez bir şəkildə inkişafı üçün Azərbaycan əsas addımı atıb.

“Trans-Anadolu qaz kəməri, Cənub Qaz Dəhlizinin strateji orta komponenti kimi, tənzimləmə və kommersiya baxımdan müəyyənlik yaradaraq, tərəfdaşlarımızı əmin edir ki, Azərbaycanın təbii qazı Avropaya çatdırılacaqdır. Keçən yay Azərbaycan qazının Avropadan olan tərəfdaşlara çatdırılması üçün Trans-Adriatik boru xətti seçilib. Son olaraq, keçən dekabrda Şah dəniz II layihəsi ilə əlaqədar yekun investisiya qərarları qəbul edilib. Beləliklə, qarşıdan gələn 4-5 ildə istismara veriləcək Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın strateji enerji tələbatını qarşılayacaq və Mərkəzi Avropaya ixrac üçün gələcək yeni həcmləri müəyyən edəcək”.

Azərbaycan Aİ ilə əməkdaşlığı hüququ bazasının gücləndirilməsini alqışlayır.

“Bu yaxınlarda vizaların sadələşdirilməsi və readmissiya, eləcə də yerdəyişmə üzrə tərəfdaşlıq haqqında razılaşmaların imzalanması vətəndaşlarımız arasında daha sıx təmaslar üçün imkanlar yaradacaq”, o qeyd edib.

Nazir Aİ-nin Şərq Tərəfdaşlığı məkanında olan həlli uzadılmış münaqişələrlə əlaqədar mövqeyə dair münasibət bildirib.

“Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsi ciddi narahatlıq doğuran məsələ olaraq qalır. BMT TŞ-nın qətnamələri əsasında münaqişənin ədalətli və tezliklə həlli və bununla da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması sülh və sabitliyi gücləndirəcək və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yaradacaqdır”.

O aİ ilə əlaqələrin gələcəyi barədə də danışıb.

“Biz hesab edirik ki, Aİ tərəfindən indi təklif olunan assosiasiya çərçivəsi Azərbaycanın və Aİ-nin ehtiyaclarını əks etdirmir. Biz ikitərəfli strateji çərçivəni inkişaf etdirmək üçün Aİ ilə yaxından işləməyə hazırıq”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG