Accessibility links

Azərbaycan xarici işlər naziri çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb

"Dünya hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulması ilə üzləşir. Dünya boyunca yüz minlərlə insan təcavüz, hərbi işğal, etnik təmizləmə, beynəlxalq ictimaiyyət üçün ən ciddi narahatlıq doğuran cinayətlərin müqabilində güclənməkdə olan cəzasızlıq mədəniyyətindən əziyyət çəkir". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı deyib.


Trend-in məlumatına görə, cəna Məmmədyarov deyib ki, 20 il bundan öncə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib.


"Bu qətnamələrdə TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.


Bu qətnamələr eləcə də beynəlxalq humanitar hüququn pozulması hallarını, xüsusilə Azərbaycanda böyük sayda mülki əhalinin zorakılıqla qovulmasını, mülki əhaliyə qarşı olan hücumları və onun ərazisinin bombardman edilməsini qabardıb.


TŞ-nın sədri tərəfindən 1992-1995-ci illər arasında qəbul edilmiş çoxsaylı bəyanatlar da bu mətnlər boyunca tərtib edilib. Ümumiyyətlə, yuxarıda qeyd olunan qətnamələr bu problem üzrə açıq şəkildə ifadə olunmuş ən kəsərli və icbari qərarlar olaraq, qəbul edir ki, Azərbaycana qarşı hərbi güc əməlləri törədilib və bu kimi əməllər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır" - deyə nazir bildirib

XS
SM
MD
LG