Accessibility links

Xarici Işlər Nazirliyi Ukraynaya səfərdən çəkinməyə çağırıb


Xarici Işlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edərək Ukraynaya səfərdən çəkinməyə çağırıb
Xarici Işlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edərək Ukraynaya səfərdən çəkinməyə çağırıb

Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda azı 25 nəfər ölüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçüncü görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında Ukraynada baş verən son hadisələrə münasibət bildirib.

Nazirin jurnalistlərə verdiyi açıqlamada bildrib ki, Ukraynada stabilliyin bərpa edilməsi ölkə və region üçün daha önəmli məsələlərdəndir.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib və bu günlərdə Ukraynaya səfərdən çəkinməyə, artıq orada olan həmvətənləri isə insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa çağırıb.

Beynəlxalq mətbuatın yazdığına görə fevralın 18-də və 19-na keçən gecə Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda azı 25 nəfər ölüb, çoxlu sayda adam yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG