Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan Ukraynada sabitliyin bərpa olunmasının tərəfdarıdı


Xarici işlər naziri Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov

Onun sözlərinə görə, bütün fəaliyyətlər Ukraynanın Konstitusiyasına uyğun aparılmalıdır

Azərbaycan Ukraynada sabitliyin bərpa olunmasına və mövcud problemlərin sülh yolu ilə həll edilməsinə çağırır.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vanda Türkiyə, İran və Azərbaycan XİN rəhbərlərinin görüşünün yekunu üzrə deyib.

Onun sözlərinə görə, bütün fəaliyyətlər Ukraynanın Konstitusiyasına uyğun aparılmalıdır.

Nazir qeyd edib ki, Azərbaycanın Ukraynada baş verənlərə qarşı mövqeyi ondan ibarətdir ki, bu ölkədəki mövcud vəziyyət danışıqlar yolu ilə nizamlanmalıdır, sabitlik isə ən qısa müddət ərzində bərpa olunmalıdır:

"Rəsmi Bakının bu mövqeyi dəfələrlə səsləndirilib".

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünün lehinə çıxış edir: "Ərazi bütövlüyü məsələsi Azərbaycan üçün çox önəmlidir".

Onun sözlərinə görə, təəssüf ki, bu ölkədə vəziyyət gərgin olaraq qalır və rəsmi Bakı vəziyyətin sabitləşməsinə çağırır: "Vəziyyətin gərginləşməsinə yol vermək olmaz".
XS
SM
MD
LG