Accessibility links

Elmar Məmmədyarov Hillari Klintonla görüşüb


Elmar Məmmədyarov Hillari Klintonla görüşüb
Elmar Məmmədyarov Hillari Klintonla görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Hillari Klintonla görüşüb. Hillari Klinton Azərbaycanlı həmkarı ilə bir sıra məsələlərin müzakirə edildiyini bildirib. O deyib ki, biz qarşılıqlı əməkdaşlıq, enerji təhlükəsizliyi və hətta qlobal məsələləri mübarizə etdik. Xanım Klinton Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addmların davam etdirləcəyinə vəd verib. Elmar Mədmmədyarov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması səylərinə görə Amerikaya təşəkkürünü bildirib. O, Amerika prezidentinin bu yaxınlarda vediyi bəyanatını tərəfdaşlığa əyani sübut adlandırıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bundan əvvəl Vaşinqtonda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke ilə görüşüb. Nazir Atlantik Şurada məruzə ilə çıxış edib.

XS
SM
MD
LG