Accessibility links

Rusiya Azərbaycan və Ermənistan prezidentlərin görüşü barədə təklif verib


Rusiya Azərbaycan və Ermənistan prezidentlərin görüşü barədə təklif verib

Rusiya Azərbaycan və Ermənistan prezidentlərin görüşü barədə təklif verib

Azərbaycan xarici işlər naziri hesab edir ki, münaqişənin həlli üçün ilk öncə Ermənistan qoşunlarını işğal etdiyi ərazidən çıxarmalıdır

«Həmsədr ölkələr danışıqlar prosesinin davam etdirilməsini vacib hesab edir və bu barədə həmsədr ölkələrin prezidentləri Kanadanın Toronto şəhərində bəyannamə qəbul edib. Biz bu bəyannamənin müddəalarına əməl olunacağına ümid edirik». Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin martın 5-də Soçidə gözlənilən görüşü barədə jurnalistlərin sualının cavabında bildirib.

Onun sözlərinə görə, danışıqlar davam etdirilir, artıq həmsədrlər də münaqişənin həllində irəliləyiş olmasının tərəfdardırlar. «Bunun üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməlidir», - deyə o qeyd edib.

Nazirin dediyinə görə, Rusiya tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi barədə təkliflə çıxış edib. «Görüşdə danışıqlar davam etdiriləcək», - deyə cənab Məmmədyarov bildirib.

Nazir bu ilin yanvarında xarici işlər nazirləri səviyyəsində görüşü xatırladıb. «Həmin görüşdə bəzi məsələlər açıq qalıb. Belə razılığa gəlindi ki, açıq qalan məsələlər prezidentlər səviyyəsində danışılsın».

Onun sözlərinə görə, prezidentlərin görüşünün formatında heç bir dəyişiklik olmayacaq. «Dağlıq Qarabağ münaqişəsi üzrə sülh razılığı əldə etmək imkanı həmişə var. Görüşdən əvvəl hansı razılığa gələ biləcəyimiz barədə söz demək hələ tezdir. Belə görüş müsbət haldır. Bu görüşdə hər hansı irəliləyişə nail olub-olmayacağımız Ermənistanın mövqeyindən asılıdır», - deyə nazir bildirib.

Xatırladaq ki, Rusiya prezidentinin təşəbbüsü ilə 2010-cu ildə Azərbaycan və Ermənistan prezidentlərinin üç dəfə görüşü olub.

XS
SM
MD
LG