Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan Böyük Sülh Sazişinin hazırlanmasına başlamağa hazırdır


Elmar Məmmədyarov: Azərbaycan Böyük Sülh Sazişinin hazırlanmasına başlamağa hazırdır

Elmar Məmmədyarov: Azərbaycan Böyük Sülh Sazişinin hazırlanmasına başlamağa hazırdır

Gələn həftə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gələcək. Həmsədr ölkələr və Azərbaycan danışıqların davam etdirilməsinə tərəfdardır, razılıq əldə edilməmiş məsələlər üzrə işi genişləndirmək istəyirlər.

Azərbaycan bəyan edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində razılıq əldə edilməmiş məsələlərə toxunmadan Böyük Sülh Sazişinin hazırlanmasına başlamağa hazırdır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ekvadorun xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında Amerikanın Səsi radiosunun sualının cavabında bildirib.

Nazir hesab edir ki, münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda razılıq əldə edilməmiş prinsiplər Böyük Sülh Sazişinin işlənməsinə mane olmamalıdır. “Çünki prinsiplər siyasi sənəddir. Böyük Sülh Sazişi isə hüquqi sənəd olacaq. Ona görə də vaxt itirməmək üçün Böyük Sülh Sazişinin hazırlanmasına başlamaq lazımdır. Azərbaycan razılıq əldə edilmiş prinsiplər üzrə Sazişin işlənməsinə başlamağa hazırdır. İndi həmsədrlərlə bu məsələləri müzakirə edəcəyik”.

Cənab Məmmədyarov bildirir ki, gələn həftə həmsədrlər regiona səfərə gələcək. “Həftənin əvvəlində həmsədrlər Bakıda olacaq. Dünən Amerika dövlət katibinin müavini Uilyam Börnslə geniş müzakirə apardıq. Amerika ilə həmsədr ölkə baxımından müzakirə apardıq.

Həmsədrlərin gəlişində əsas məqsəd odur ki, tərəflər danışıqlarda razılıq əldə edilməmiş məsələlərlə bağlı danışıqları davam etdirəcək. Həmsədr ölkələr və Azərbaycan danışıqların davam etdirilməsinə tərəfdardır. Biz hesab edirik ki, razılıq əldə edilməmiş məsələlər üzrə işimizi genişləndirməliyik”, - deyə o qeyd edib.

XS
SM
MD
LG