Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstan iqtisadiyyatının stabil inkişafına töhfə verməyə hazırdır


Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstan iqtisadiyyatının stabil inkişafına töhfə verməyə hazırdır
Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstan iqtisadiyyatının stabil inkişafına töhfə verməyə hazırdır

Azərbaycanın Əfqanıstanda sülhün və stabilliyin qurulması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini tam dəstəkləyir

Bu gün İstanbulda keçirilən Əfqanıstan üzrə IV Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA IV) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

Nazir Məmmədyarov Əfqanıstanda davamlı sülh və stabilliyin bərqərar olunması üçün yalnız hərbi yardımın kifayət olmadığını deyib. “Beynəlxalq təcrübə, dünya ictimaiyyəti hərbi yardımla yanaşı Əfqanıstanda qeyri-hərbi addımların atılmasına da qərar verib. Bu xüsusda Azərbaycanın Əfqanıstanda sülhün və stabilliyin qurulması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini tam dəstəkləyir. Azərbaycan beynəlxalq sülhməramlı qüvvələrin əməliyyatlarına 2002-ci ildə qoşulub və 2009-cu ildə Əfqanıstanda hərbçilərinin sayını iki dəfə artırıb”.

Cənab Məmmədyarov qeyri hərbi sahədə də Azərbaycanın öz töhfəsini verdiyini diqqətə çatdırıb. O müxtəlif sahələr üzrə Azərbaycanın Əfqanıstana yardımlarını sadalayıb və Azərbaycanın ali məktəblərində Əfqan tələbələrin oxuya biləcəyini deyib. “Azərbaycan əfqanlılar üçün müxtəlif sahələr üzrə tədris və treninq kurslarının hazırlanması işini davam etdirəcək. Azərbaycan Əfqan tələbələrinin ölkənin ali təhsil ocaqlarında təhsil almasına da hazırdır. Hazırda Əfqan tərəfin buna dair cavabını gözləyirik”.

Cənab Məmmədyarov ölkəsinin tranzit baxımından Əfqanıstana kommersiya yüklərinin daşınmasında geniş töhfə verdiyini deyib. “Bakı-Tiflis-Qars dəmir yolunun tamamlanması yüklərin Əfqanıstana tez və təhlükəsiz çatdırılması prosesini daha da aktivləşdirəcək və tənzimləyəcək. Azərbaycanın tikilməkdə olan yeni dəniz limanı Xəzər dənizi vasitəsi ilə Əfqanıstana daşınan yüklərin həcminin artmasına səbəb olacaq”.

O Azərbaycanın Əfqanıstanın iqtisadiyyatının stabil inkişafında maraqlı olduğunu bəyan edib. “Azərbaycan Əfqan hökumətinin bu sahədə mümkün təkliflərini nəzərdən keçirməyə hazırdır. Azərbaycan eyni zamanda təbii sərvətlərin hasilatında böyük təcrübəsi olduğundan, Əfqan tərəfi bu sahələr üzrə konkret layihələr irəli sürdüyü təqdirdə onların müsbət inkişafına öz töhfəsini vermək məsələsinə baxmağa hazırdır”, - deyə Azərbaycan xarici işlər naziri qeyd edib.

XS
SM
MD
LG