Accessibility links

Cənab Məmmədyarov Suriya məsələsini Finlandiya xarici işlər naziri ilə də müzakirə edib.

“Biz BMT TŞ-nin qeyri-daimi üzvü olaraq Suriyada vəziyyətlə bağlı Koffi Annan planını dəstəkləyirik”. Bu barədə bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya xarici işlər naziri Erkki Tuomioya ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın mövqeyi Ərəb Dövlətləri Liqasının təklifləri ilə də üst-üstə düşür. “Suriyada əsas məsələ zorakılığın dayandırılmasıdır”.
Cənab Məmmədyarov Suriya məsələsini Finlandiya xarici işlər naziri ilə də müzakirə edib. “Cənab Tuomioya da, mən də Suriyada zorakılığa son qoyulmasının və münaqişənin daha geniş miqyas almamasının zəruriliyini qeyd etdik”, - deyə o qeyd edib.

XS
SM
MD
LG