Accessibility links

Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasında çıxışının mətni


Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasında çıxışının mətni

Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasında çıxışının mətni

Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazir Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasında “BMT və Afrika İttifaqı arasında əməkdaşlıq” mövzusunda keçirilən müzakirələrdəki çıxışının mətnini yayıb.

Elmar Məmmədyarov deyib ki, son onillikdə Afrika İttifaqının və subregional təşkilatların rolu xeyli artıb: “Heç də bütün regional təşkilatlar silahlı münaqişələrin əsas səbəblərini anlamaq, onların həllinə effektiv töhfə vermək bacarığı və siyasi iradəsi ilə öyünə bilməz. Ərazisinin əhəmiyyətli hissəsi işğal altında olan və yüz minlərlə vətəndaşının məcburi köçkün olduğu bir ölkə kimi Azərbaycan həll olunmamış münaqişələrlə yaşayan ölkələrin üzləşdiyi təhdid və çağırışları dərk edir.

Bu gün Afrikanın üzləşdiyi və müzakirələrin əsas tərkib hissəsini təşkil edən çağırışlar kollektiv siyasi və diplomatik səylər vasitəsilə daha uyğun şəkildə həll edilə bilər. Bu günün müzakirələrinə olan böyük maraq beynəlxalq ictimaiyyətin Afrika ölkələrinin qitədə sabitlik yaratmaq və davamlı inkişafa nail olmaq istiqamətində səylərinin dəstəklənməsi üçün götürdüyü parlaq öhdəliyin təzahürüdür.

Son illər ərzində biz BMT ilə Afrika İttifaqı arasında sülh və təhlükəsizlik sahəsində strateji münasibətlərin inkişaf etdirilməsi istiqamətində əldə olunan nailiyyətin şahidi olmuşuq. Eyni zamanda qəbul etməliyik ki, çağırışlar hələ də mövcuddur və Afrikanın kollektiv təhlükəsizlik məsələlərinin effektiv şəkildə həll edilməsi məqsədilə bu strateji münasibətin möhkəmləndirilməsi üçün çox iş görülə bilər.

Münaqişələrin başlamazdan öncə qarşısının alınması üçün birgə səylərimizin daha da möhkəmləndirilməsi çox mühümdür. Münaqişələrin qarşısının alınması və vasitəçilik sahələrinə daha böyük diqqət yetirilməsi əlavə əhəmiyyət kəsb edir. BMT və Afrika İttifaqının Afrikada vasitəçilik üçün ümumi prinsiplərin hazırlaması bu məqsədə nail olmaq üçün tövhə verə bilər. Bütün üzv ölkələrin BMT Xartiyasında göstərildiyi kimi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dair götürdüyü öhdəliklərə əməl etməsi çox vacibdir”.

Nazir qeyd edib ki, son illərdə Azərbaycan Afrika İttifaqı və onun üzv ölkələri ilə əməkdaşlığını inkişaf etdirib: “Afrika İttifaqında müşahidəçi statusu ölkəmə bu qarşılıqlı faydalı münasibətləri və dialoqu inkişaf etdirməyə imkan yaradıb. Azərbaycan Afrika üçün müxtəlif yardım proqramlarının tətbiqində fəal iştirak edir. Biz Afrika ölkələrində baş vermiş humanitar böhranın aradan qaldırılması məqsədilə təcili yardımın təmin edilməsi üçün ayrı-ayrı hökumətlərin və beynəlxalq təşkilatların çağırışına cavab verdik. Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməyə ümid edərək Azərbaycanda Afrikanın problemlərinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etməyi planlaşdırırıq”.

XS
SM
MD
LG