Accessibility links

Elmar Hüseynovun qətlindən 8 il kecir: istintaq və əks arqumentlər [Video]


Şahbaz Xuduoğlu: Siyasi iradə olarsa Elmar Hüseynovun qətli açılar
please wait

No media source currently available

0:00 0:09:22 0:00

Şahbaz Xuduoğlu: Siyasi iradə olarsa Elmar Hüseynovun qətli açılar

Milli Təhlükəsizlik Nazirliyi əməliyyat axtarış tədbirlərinin bir an belə səngimədən davam etdiyini bildirir. Şahbaz Xuduoğlu isə istintaqdan narazıdır

Martın 3-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 8 il ötür. İndiyədək hüquq mühafizə orqanları jurnalistin qatillərini tuta bilməyib, sifarişçilərin adı məlum deyil.

Martın 2-də Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev “Media forum” saytının suallarının cavabında istintaqın gedişi barədə məlumat verib.

Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu isə Amerikanın Səsinə müsahibəsində istintaqdan narazılığını bildirib. Onun fikrincə, siyasi iradə olarsa nəinki Elmar Hüseynovun, digər müəmmalı qətllərin də üstü açılar.


Öncə Arif Babayevin “Media Forum saytına müsahibəsini təqdim edirik:

- 2005-ci il martın 2-də öldürülmüş jurnalist Elmar Hüseynovla bağlı istintaqın gedişində yenilik varmı?

- Hazırda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticələrinə dair mütəmadi olaraq həm ictimaiyyətə, həm də qeyri-hökumət təşkilatlarına və mətbuata məlumat verilir.

Nəticədə Teymuraz Əliyev və Tahir Xubanovun cinayətdə iştirakları öz təsdiqini tapıb.

Həmin qətl hadisəsi üzrə başlanan cinayət işi MTN-in İstintaq Baş İdarəsinin icraatına verildiyi vaxtdan 1000-ə yaxın müxtəlif istintaq və prosessual hərəkətlər həyata keçirilib. Bizim əvvəllər də məlumat verdiyimiz kimi, iş üzrə keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2005-ci ilin mart ayında jurnalist Elmar Hüseynovun qətlinin törədilməsində Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovun iştirakları sübuta yetirilib. Bu şəxslərin təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmaları üçün barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. Eyni zamanda İnterpolun Milli Mərkəzi Bürosu 180-dən artıq ölkə ilə əlaqə saxlayır və adları çəkilən şəxslər barəsində müvafiq məlumatlar həmin ölkələrə göndərilib.

İstintaq orqanı Azərbaycan Baş Prokurorluğu vasitəsilə Gürcüstanın Baş Prokurorluğuna bu cinayət işi ilə bağlı hüquqi yardımın göstərilməsi, Teymuraz Əliyev və Tahir Xubanovun tutulub ekstradisiya olunması barədə 6 vəsatət göndərib. Əməliyyat-istintaq qrupunun üzvləri həmin vəsatətlərin icrası ilə əlaqədar dəfələrlə Gürcüstana ezam ediliblər. İstintaq qrupu Gürcüstanın hüquq mühafizə orqanları vasitəsilə çoxsaylı istintaq hərəkətləri, o cümlədən dindirmələr, baxışlar, axtarışlar, götürmələr həyata keçiriblər. Nəticədə Teymuraz Əliyev və Tahir Xubanovun jurnalist Elmar Hüseynovun qətlə yetirilməsində iştirakları bir daha öz təsdiqini tapıb. Bu cinayət hadisəsi ilə bağlı bütün məlumat və detalların araşdırılması, Elmar Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrinin, həmin cinayətin iştirakçılarının ədalət mühakiməsi qarşısında cavab vermələrinin təmin edilməsi prinsipial məsələdir. Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur. Gec-tez onlar tutulub istintaqa veriləcək. Bu istiqamətdə də əməliyyat axtarış tədbirləri bir an belə səngimədən davam etdirilir.

- Həmin 6 vəsatətə Gürcüstan tərəfi nə cavab verib?

- Əməliyyat-istintaq qrupunun üzvləri həmin vəsatətlərin icrası ilə əlaqədar dəfələrlə Gürcüstana ezam ediliblər. İstintaq qrupu Gürcüstanın hüquq mühafizə orqanları vasitəsilə çoxsaylı istintaq hərəkətləri, o cümlədən dindirmələr, baxışlar, axtarışlar, götürmələr həyata keçirib. İstintaq sirri istisna olmaqla, tərəfimizdən bundan sonra da cinayət işi üzrə ictimaiyyətə müvafiq məlumatlar veriləcək.

- İstintaqı aparan müstəntiqlər Gürcüstana ezam olunan zaman şübhəli şəxslərin dindirilməsinə nail ola biliblərmi?

- Əməliyyat-istintaq qrupunun üzvləri həmin 6 vəsatətin icrası ilə bağlı dəfələrlə Gürcüstana ezam ediliblər və bu ölkənin hüquq mühafizə orqanlarının vasitəsilə çoxsaylı istintaq hərəkətləri, o cümlədən dindirmələr, axtarışlar, götürmələr və s. həyata keçiriblər. Nəticədə Teymuraz Əliyev və Tahir Xubanovun cinayətdə iştirakları öz təsdiqini tapıb.

- Bəs istintaq orqanı şübhəli şəxsləri izləyə bilirmi? Onların hansı ölkədə olmaları haqqında məlumatlar varmı?

- Hazırda intensiv əməliyyat-axtarış tədbirləri bir an belə səngimədən davam etdirilir.

- Elmar Hüseynovun qətli ilə bağlı Teymuraz Əliyev və Tahir Xubanov İnterpolun axtarışına verilib. Bəs nəyə görə indiyə kimi həmin şəxslərin fotoları İnterpolun internet səhifəsində yoxdur?

- Bəzi dırnaqarası ekspertlərin əməliyyat-axtarış fəaliyyətinin nədən ibarət olması, hansı səpkidə istintaq hərəkətlərinin getməsi, əməliyyat-axtarış tədbirlərinin necə həyata keçirilməsi haqda məlumatları yoxdur. Buna baxmayaraq elə hey nəsə etmək haqda danışırlar. Onlar bu məsələlərin mahiyyətinə varmadan fikir söyləyirlər. Əməliyyat-axtarış fəaliyyəti çoxşaxəlidir. Ona görə də bu fəaliyyətin necə, hansı formada aparılmasını da istintaq orqanı özü dəqiq bilir. İstintaq orqanı bu işin açılmasında maraqlıdır və bu prinsipial bir məsələdir. Ona görə də bu işin peşəkarların öhdəsinə buraxılmasını və son nəticəni gözləməyi tövsiyə edərdim.

- Elmar Hüseynovun qohumlarına istintaqın gedişi ilə bağlı məlumatlar verilirmi?

- Mən suallarınızı cavablandırdım. Verdiyim cavablar kifayət qədərdir.

“Elmar Hüseynovun qətlindən sonra ölkədə Rafiq Tağı və digərləri də qətlə yetirilib. Bütün bu qətllərin üstü açılmayıb.

Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu isə Amerikanın Səsinə müsahibəsində deyib ki, jurnalistin qətlindən 8 il keçməsinə baxmayaraq qətlin üstü açılmayıb, sifarişçilərin tapılması barədə məlumat yoxdur.

“Elmar Hüseynovun qətlindən sonra ölkədə Rafiq Tağı və digərləri də qətlə yetirilib. Bütün bu qətllərin üstü açılmayıb. Hesab edirəm ki, istintaqın marağı olarsa bu qətllər açılar, sifarişçilər tapılar”, o qeyd edib.

Xuduoğlu hesab edir ki, Elmar Hüseynovun qətlindən ötən müddətdə ölkədə azadlıqlar sahəsində vəziyyət pisləşməkdə davam edib.

“2005-ci ildə 20-25 tənqidçi qəzet var idisə, hazırda onlarlın sayı 2-3-dür. O vaxt seçkilərdə mübarizə aparmaq daha asan idi, amma indi insanlara toplaşmaq imkanı belə verilmir”.

Onun fikrincə, Elşad Abdullayev dediklərində haqlıdır və bu qətllərin arxasında vəzifəli şəxslərin durduğunu güman etmək olar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG