Accessibility links

Elmar Hüseynova ithaf [Video]


Elmar Hüseynovun qəbirüstü abidəsinə həkk olunmuş Monitor jurnalı

Elmar Hüseynovun qəbirüstü abidəsinə həkk olunmuş Monitor jurnalı

Bu, “Tengri" rok qrupunun ifasında səslənən “Yad” mahnısıdır


Art for Democracy hüquq-müdafiə kampaniyası növbəti aksiyanı keçirir.

Kampaniyanın məqsədi 2005-ci il martın 2-də qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsidir.

“Monitor" jurnalının baş redaktoru E.Hüseynovun 17 iyulda qeyd olunan doğum günü ilə bağlı ona mahnı həsr edilib. Bu, “Tengri" rok qrupunun ifasında səslənən “Yad” mahnısıdır.

E.Hüseynov Azərbaycan hakimiyyətini korrupsiya və insan hüquqlarının pozulmasına görə sərt tənqid edirdi. İndiyədək qətlin üstü açılmayıb, sifarişçilər və icraçılar məsuliyyətə cəlb edilməyib.

Hüquq-mühafizə orqanları qətldə Gürcüstan vətəndaşları Teymuraz Əliyevi və Tahir Xubanovu ittiham edirlər. Amma, Gürcüstan vətəndaşlarının Azərbaycana gətirilməsi ilə bağlı yetərli iş parılmır. Qətlin sifarişçiləri baərəd isə istintaq orqanı indiyədək məlumat verməyib.

Lakin qonşu ölkənin hakimiyyəti bildirib ki, onların günahını sübuta yetirən dəlillər təqdim olunmayıb. İstintaq cinayətin motivləri və ehtimal olunan sifarişçilər haqda açıqlama vermir.
XS
SM
MD
LG