Accessibility links

Elmar Hüseynovun ad günüdür


2005-ci ildə qətlə yetirilmiş jurnalistin ad günü onun qəbrinin ziyarəti ilə yad edilib. “Elmar Azərbaycan mətbuatında söz azadlığı, mətbuat azadlığı uğrunda döyüşən son səngərdə idi”

İyulun 17-də "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. 2005-ci il martın 2-də qətlə yetirilmiş redaktorun 46 yaşı tamam olacaqdı.

Vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, redaktorlar, müstəqil və müxalif gənclər,diplomotik nümayəndələrin təmsilçiləri jurnalistin ad gününü onun qəbrini ziyartələ yad edib.

“Qanun” jurnalının redaktoru Şahbaz Xuduoğlu bildirib ki, jurnalistin istintaqı ilə bağlı heç bir iş görülməyib.

O səngər Elmarın qətli ilə məhv edildi, dağıdıldı
"Elmar Azərbaycan mətbuatında söz azadlığı, mətbuat azadlığı uğrunda döyüşən son səngərdə idi. O səngər Elmarın qətli ilə məhv edildi, dağıdıldı”, Xuduoğlu qeyd edib.

Onun sözlərinə görə, bura toplaşanlar yeni nəslin nümayəndələridir.

"Biz Elmarın qatıllərinin tapmış formada, və ya onun adının əbədiləşdirilməsi istiqamətində hər hansı işin yekunu olaraq və Elmarın uğrunda mübarizə apardığı ideların hər hansı birini həyata keçirib gəlmiş olsaydıq ,əlbəttə Elmar üçün böyük bir həddiyyə olardı", o deyib.

Elmarla bağlı xatirələrini bölüşən Turan agentliyinin direktoru Mehman Əliyev E.Hüseynovun intelektual, mətbuatın müxtəlif istiqamətlərində yazan jurnalist olduğunu və vaxtilə ilk dəfə maliyyə jurnalı olan “Kapitalı” dərc etdiyini deyib.

Biz bura gedib-gəlməklə göstərmək istəyirik ki, həmən mübarizə yolu ilə gedirik və axıra qədər gedəcəyik.
"Hesab eləmirəm ki, biz nəyisə uduzmuşuq, nəyisə itirmişik, düzdür bəzi dostlarımızı da itirmişik. Bunun da obyektiv səbəbləri var. Biz bura gedib-gəlməklə göstərmək istəyirik ki, həmən mübarizə yolu ilə gedirik və axıra qədər gedəcəyik.".

E.Hüseynovun ifadə azadlığnın qurbanı olduğunu deyən Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Azərbaycanda ifadə azadlığnın getdikcə pisləşdiyini önə çəkib.

Onun sözlərinə görə, Azərbaycanda iadə azadlığının qurbanları davam edir.

Azərbaycanda iadə azadlığının qurbanları davam edir.
Belə ki, E.Hüseynovun qətlindən sonra publisist - yazar Rafiq Tağı qətlə yetirilib, xeyli sayda jurnalist fiziki-psixoloji təzyiqə məruz qalıb”.

Jurnalistin atası Sabir Hüseynov hesab edir ki, bu ziyarətlər gələcək nəsillər üçündür və onlar E.Hüseynovu unutmayacaqlar.

2013-cü il martın 2-də “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən 8 il keçib. O 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları həbs edilməyib. Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

Elmar Hüseynovun qətli ilə bağlı hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşları Teymuraz Əliyevi və Tahir Xubanovu ittiham edir. Gürcüstan hakimiyyəti bununla bağlı onların günahını sübuta yetirən dəlillər təqdim olunmadığını bildirib

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG