Accessibility links

Elmar Məmmədyarov İsrail Knessetinin sədri və baş naziri ilə görüşüb


Xarici işlər naziri Elmar Məmmədyarov İsrail Knessetinin sədri Yuli Edelşteyn ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov İsrail Knessetinin sədri Yuli Edelşteyn ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-dən Fələstin və İsraildə rəsmi səfərdədir

Aprelin 23-də xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində Knessetin sədri Yuli Edelşteyn və Baş nazir Benyamin Netanyahu ilə görüşüb.

Xarici işlər naziri Elmar Məmmədyarov İsrail baş nazir Benyamin Netanyahu ilə görüşüb.
Xarici işlər naziri Elmar Məmmədyarov İsrail baş nazir Benyamin Netanyahu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşlərdə nazir Elmar Məmmədyarovun səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğu qeyd edilib. Həmçinin, ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilib.

Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Knesset sədri, İsrailin iki tərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. .

Nazir Elmar Məmmədyarovu müşayiət edən Azərbaycanın yəhudi təşkilatlarının nümayəndələri yəhudilərin Azərbaycanda tarixən birgə yaşadıqlarını bildirib.

Yəhudi təşkilatlarının nümayəndələri Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu vurğulayıb və bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əmin olduqlarını bildirib.

Benyamin Netanyahu ilə görüş zamanı Yaxın Şərq regionunda gedən proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-dən 24-dək Fələstin və İsraildə rəsmi səfərdədir. Nazir Fələstin və İsraildə yüksək vəzifəli rəsmilərlə görüşlər keçirib.
XS
SM
MD
LG