Accessibility links

Elmar Məmmədyarov Amerika prezidentinin xüsusi köməkçisi və İsrailin ədliyyə naziri ilə görüşüb


 Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə direktor Karen Donfridlə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə direktor Karen Donfridlə görüşüb

Görüşlərdə ikitərəfli münasibətlər, NATO və BMT-də əməkdaşlıq müzakirə edilib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə direktor Karen Donfrid, İsrailin ədliyyə naziri Tzipi Livni, ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, K.Donfridlə görüşdə ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, həmçinin BMT və NATO çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarında əks olunduğunu bildirib.

K.Donfrid ABŞ administrasiyasının münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu bildirib və bunun regionun inkişafı baxımından önəmli olacağını qeyd edib. Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rolunu qeyd edib, bu sahədə də uğurlu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

E.Məmmədyarov Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunda iştirakı çərçivəsində isə İsrailin ədliyyə naziri Tzipi Livni ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib və regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin tərəflər iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə ediblər.

E. Məmmədyarov həmçinin ABŞ-ın beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb
XS
SM
MD
LG