Accessibility links

Azərbaycan və Böyük Britaniya xarici işlər nazirləri görüşüb


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Böyük Britaniyayanın xarici işlər naziri Uilyam Heyq
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Böyük Britaniyayanın xarici işlər naziri Uilyam Heyq

Görüşdə ikitərəfli əməkdaşlıq, enerji təhlükəsizliyi, Əfqanıstan və BMT-nin gündəliyində duran məsələlər müzakirə edilib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Uilyam Heyq ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ilk növbədə BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün əlverişli perspektivlərin olduğunu vurğulayıb.


Azərbaycanın enerji məsələlərində rolunun yüksək qiymətləndirən nazir Heyq, NATO çərçivəsində əməkdaşlığa və Əfqanıstanda həyata keçirilən əməliyyatlara verdiyi töhfələrinə və dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Nazir Məmmədyarov Azərbaycanın Birləşmiş Krallıq ilə enerji sahəsində əməkdaşlığının uğurla həyata keçirildiyini qeyd edib, sərmayələr, turizm, təhsil kimi digər sahələrdə də əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi haqqında məlumat verən nazir Məmmədyarov, münaqişənin həlli üçün ilk olaraq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından silahlı qüvvələrinin çıxarılmasının zəruri olduğunu vurğulayıb və hərtərəfli sülh müqaviləsinin hazırlanması üzrə fəaliyyətə başlamağın gərəkli olduğunu bildirib.

Uilyam Heyq ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyini bildirib, ölkəsinin Ermənistan-Azərbaycan münaqişənin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupunun və həmsədrlərin fəaliyyətini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG