Accessibility links

Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin nazirlər toplantısında iştirak edir


Elmar Məmmədyarov və Georgi Kvirikaşvili

Elmar Məmmədyarov və Georgi Kvirikaşvili

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 26-da Tbilisi şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün Gürcüstana gedib. Bu barədə Azərbaycan xarici işlər nazirliyinin mnətbuat xidməti məlumat yayıb.

Toplantıya Avropa İttifaqı tərəfdən Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han, sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı Vytenis Andriukaitis və Aİ Xarici Siyasət İdarəsinin sədr müavini Helqa Şmid qatılıb.

Tədbirdə “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirləri və digər rəsmi şəxsləri iştirak edirk. Görüşdə siyasi əlaqələr və sağlamlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, toplantı çərçivəsində Elmar Məmmədyarov və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Georgi Kvirikaşvili arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan və Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Nazirlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayıb.

XS
SM
MD
LG