Accessibility links

Azərbaycan prezident seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etmək niyyətindədir


Xarici işlər naziri Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov

Nazir Məmmədyarov ATƏT-də çıxışında bu qurumun Bakı ofisinin statusu, Dağlıq Qarabağ münaqişəsi və təhlükəsizlik məslələrinə toxunub. O Minsk qrupunu “danışıqlar xatirinə deyil, daha konkret danışıqlar aparmğa çağırıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəsinin ATƏT-in Azərbaycan missiyasının statusunu azaltmaq istəyini təkrar edib. Bu barədə o, Vyanada ATƏT iştirakçısı olan 57 dövlətin nümayəndələri qarşısında çıxış edərkən yenidən bəyan edib.

O, təhlükəsizlik hədələrinin həlli və müxtəlif dövlətlər arasında konsensusun formalaşdırılması üçün bir platforma kimi ATƏT-ə dəstək ifadə edib. Məmmədyarov qeyd edib ki, ATƏT-in üstünlüyü onun hərtərəfli təhlükəsizlik konsepsiyasından ibarətdir. O, digər ölkələrin təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolunu qeyd edib.

ATƏT çərçivəsində uzanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin geniş müzakirə olunmasına çağıran Məmmədyarov deyib:
“Azərbaycan hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsində sülhə nail olmaq üçün potensial tükənməyib”.

Nazir Minsk qrupunun formatını “canlandırmağa” və “danışıqlar xatirinə deyil, daha konkret danışıqlar aparmğa çağırıb”.

ATƏT-in Azərbaycandakı fəaliyyətinə toxunan Məmmədyarov Bakının qarşıda duran prezident seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etmək niyyəti olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycanın ATƏT-in ölkədəki statusunun azaldılmasına yenidən baxmaq istədiyini təsdiq edərək, ofisin işinin layihə koordinatoru səviyyəsinə qədər azaldıla biləcəyi ehtimalını irəli sürüb.

Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Yan Kelli bu ideyaya qarşı çıxıb. Vaşinqton bundan əvvəl də yüksək səviyyədə bu ideyanın əleyhinə çıxış edərək, Bakının ideyasının ATƏT-də təcrid edilə biləcəyinə işarə edib.
XS
SM
MD
LG