Accessibility links

Elmar Məmmədyarov: Miqrasiya böhranının həlli üçün iqtisadi şərait və imkanlar yaradılmalıdır


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 22-də 16-cı Doha Qlobal Forumu çərçivəsində “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov çıxışında Azərbaycanın beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında rolu, ekstremizm və terrorizmə qarşı mübarizədə verdiyi töhfə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələrinə dair məlumat verib.

Nazir həmçinin dünya ölkələrinin üzləşdiyi hərbi təcavüz və qanunsuz işğal kimi ənənəvi təhdidlərlə yanaşı, kiberterrorizm, kütləvi miqrasiya kimi qeyri-ənənəvi problemlərin beynəlxalq və regional təhlükəsizlik arasında sərhədləri aradan qaldırdığını deyib.

E.Məmmədyarov dünyada baş verən ədalətsizliklərin aradan qaldırılması məqsədilə gücün deyil, hüququn hökmranlıq etməsinin əsas olduğunu bildirərək, dünya birliyi tərəfindən beynəlxalq hüquqa tam əməl olunması üçün effektiv mexanizmlərin yaradılmasının əhəmiyyətini vurğulayıb.

“Ermənistan tərəfindən iyirmi faizdən çox Azərbaycan əraziləri işğal olunub və ölkə əhalisinin hər doqquz nəfərdən biri qaçqın və ya məcburi köçkünə çevrilib. Bu ölkəmizin üzləşdiyi ən böyük ədalətsizlikdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, işğal faktına son qoyulmur, ölkəmizə münasibətdə ədalətsizlik hələ də davam edir”, o qeyd edib.

Nazir son dövrlər kütləvi xarakter alan miqrasiya böhranına toxunaraq, problemin müharibələr deyil, həmin ölkələrin üzləşdiyi iqtisadi çətinliklər səbəbindən qaynaqlandığını diqqətə çatdırıb.

“Miqrasiya böhranının səmərəli şəkildə həll olunması üçün davamlı inkişaf yolu ilə iqtisadi şərait və imkanların yaradılması vacibdir”.

Ekstremizm və terrorizmlə mübarizədə əməkdaşlıq haqqında danışan nazir E.Məmmədyarov beynəlxalq və regional təhlükəsizliklə bağlı təhdidləri dəf etmək üçün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının ən vacib şərt olduğunu vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG