Accessibility links

Elmar Məmmədyarov NATO-nun ali orqanında çıxış edəcək


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak edəcək. Nazir NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində nazir Məmmədyarovun mayın 31-də Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.

Azərbaycan-NATO əməkdaşlığı 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında NATO-nun əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il mayın 4-də Azərbaycan NATO-nun Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1997-ci il noyabrın 14-də Azərbaycan prezidenti NATO ilə əməkdaşlığı daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.

Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak edib.

Ölkə 2003-cü ildən NATO-nun Əfqanıstandakı əməliyyatında (ISAF) iştirak edir. Hazırda Azərbaycanın 94 nəfərlik birləşməsi ISAF əməliyyatının tərkibində xidmət edir.

Azərbaycan 2004-cü ildən NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planı (FTƏP) çərçivəsində ikitərəfli tərəfdaşlığı davam etdirir. 2005-2007-ci illəri əhatə edən I dövr və 2008-2010-cu illəri əhatə edən II dövr, 2012-2013-cü illəri əhatə edən III dövr yerinə yetirilib. Hazırda isə 2015-2016-cı illəri əhatə edən 4-cü mərhələ həyata keçirilir.

FTƏP öhdəliklərinə uyğun olaraq, Azərbaycan 2010-cu ildə Hərbi Doktrina və 2013-cü ildə Dəniz Təhlükəsizliyi Strategiyasını qəbul edib.

NATO-a ilə əməkdaşlıq çərçivəsində Azərbaycan silahlı qüvvələri, daixili işlər, sərhəd, təhlükəsizlik qurumları yüzlərlə təlim və seminarlarda iştirak edib.

Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG