Accessibility links

Elmar Məmmədyarov ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb


Elmar Məmmədyarov və Günter Baxler

Elmar Məmmədyarov və Günter Baxler

Martın 17-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerlə görüşüb.

Görüş zamanı Qarabağ münaqişəsi, ATƏT ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Məlumatı XİN mətbuat xidməti yayıb.

E. Məmmədyarov erməni tərəfini Qarabağ münaqişəsinin süni olaraq yubadılmasında, cəbhədə insidentlərin araşdırılması kimi texniki məsələnin qəsdən gündəmə gətirilməsində ittiham edib.

Nazir ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin münaqişənin həllində fəal iştirakına tərəfdar olduğunu bildirib.

Baxler cavab sözündə qeyd edib ki, regionda sülh və sabitlik ATƏT-də sədrlik edən Almaniyanın prioritetlərindən biridir

XS
SM
MD
LG