Accessibility links

Elmar Məmmədyarov ATƏT-in sədri və Avropa İttifaqının nümayəndəsi ilə telefonla danışıb


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer

Cəbhədə yaranmış son gərginliklə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Frənk Valter Ştanmayer və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə telefonla danışıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Elmar Məmmədyarov Ermənistanın qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar həmkarına məlumat verib.

O bildirib ki, mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca ağır atəş vasitələrindən istifadə etməklə Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqeləri intensiv atəşə tutulub.

Mülki insanların təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatçı addımlarının qarşını almaq üçün Azərbaycan silahlı qüvvələrinin zəruri cavab tədbirləri gördüyünü deyən nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən atəşkəsin pozulmasının davam etdirildiyini qeyd edib.

O əlavə edib ki, bu kimi gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur.

Elmar Məmmədyarov gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün beynəlxalq ictimaiyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Mətbuat xidməti bildirib ki, nazir Elmar Məmmədyarovun digər həmkarları ilə də təmasları nəzərdə tutulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG