Accessibility links

Elmar Məmmədyarov BMT-nin Baş Assambleya iclasında iştirak edir


Xarici işlər naziri Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Nyu-York şəhərində işgüzar səfərdədir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşü, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər görüşündə iştirak edəcək, çoxsaylı və ikitərəfli görüşlər keçirəcək.

XS
SM
MD
LG