Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan ABŞ-la bütün sahələrdə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa önəm verir


Xarici işlər naziri Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Maykl Karpenter Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən razı olduğnu bildirib. O, 2016-cı ilin martında iki ölkə arasında müdafiə məsələləri üzrə məsləhətləşmələrin uğurla həyata keçirildiyini qeyd edib, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

M.Karpenter həmçinin Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələrin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə bütün sahələrdə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa önəm verdiyini bildirib. Nazir iki ölkə arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın vacibliyini qeyd edib, bu məqamların praktiki əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

Mətbuat xidməti bildirir ki, Elmar Məmmədyarov “Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın törətdiyi hərbi təxribatlar barəsində həmsöhbətə məlumat verib”.

Görüşdə terrorizmə qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG