Accessibility links

Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb


Elmar Məmmədyarov BMT-də çıxış edib
Elmar Məmmədyarov BMT-də çıxış edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində sentyabrın 25-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ilə görüşüb.

Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə tərəflər Azərbaycan-ABŞ münasibətlərinin cari durumu və bu əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıb.

Görüş əsnasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub.

Mətbuat xidməti bildirir ki, görüşdə qarşılıqlı maraq doğuran regional və global məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, iki gün öncə ABŞ prezidenti Barak Obama Azərbaycanda QHT-lərə münasibətlə bağlı hökumətin yanaşmasını tənqid edib.

XS
SM
MD
LG