Accessibility links

İsrail prezidenti Azərbaycanın terrorizmə qarşı tutduğu mövqeyi yüksək dəyərləndirib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İsrail prezidenti Şimon Pereslə görüşü

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İsrail prezidenti Şimon Pereslə görüşü

Azərbaycan xarici işlər naziri İsrail prezidenti ilə görüşüb

Aprelin 22-də xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində İsrail prezidenti Şimon Pereslə görüşüb.

Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə,
İsrail prezidenti Azərbaycanı regionun aparıcı ölkəsi adlandırıb və tolerantlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib.

İsrail prezidenti Azərbaycanın terrorizmə qarşı tutduğu mövqeyi yüksək dəyərləndirib.

Nazir Elmar Məmmədyarov regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə İsrail prezidentinə məlumat verib, Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlı əhaliyə qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə Ermənistanın riayət etmədiyini bildirib.

Həmçinin, Məmmədyarov tolerantlığın Azərbaycanda əsrlərlə mövcud olduğunu qeyd edib, ölkədə çoxmədəniyyətliliyin böyük potensialına inamın olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aprelin 23-də Məmmədyarov Tel-Əvivdə tanınmış yəhudi və israilli biznesmenlərlə görüşlər keçirəcək, bir sıra şirkətlərdə olacaq.

Aprelin 24-də Məmmədyarov baş nazir Binyamin Netanyahu ilə görüşəcək, sonra Knessetə gedəcək. Onun müdafiə naziri Moşe Yaalon ilə görüşü də gözlənilir
XS
SM
MD
LG