Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan BMT-nin məqsədlərinə nail olmasına çalışacaq


Elmar Məmmədyarov: Azərbaycan BMT-nin məqsədlərinə nail olmasına çalışacaq
Elmar Məmmədyarov: Azərbaycan BMT-nin məqsədlərinə nail olmasına çalışacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycanın BMT-ninTəhlüksizlik Şurasına üzv seçiləcəyinə şübhə etmirdi. Müxbirlərin suallarını cavablandıran nazir bildirib ki, Baş Assambleya ilk gündən Azərbaycana dəstək nümayiş etdirib. Elmar Məmmədyarov Azərbaycana dəstək verən nümayəndələrə təşəkkürünü bildirib. “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin BMT-də gündəmə çıxarılacaqmı” sualının cavabında cənab Məmmədyarov bunun təkcə Azərbaycanın arzusundan asılı olmadığını bildirib. O deyib ki, bu, Minsk qrupunun həmsədrləri olan qurumun üç daimi üzvü Rusiya, ABŞ və Fransa tərəfində də istənilməlidir. Azərbaycanın xarici işlər naziri Azərbaycanın BMT-ninTəhlüksizlik Şurasına üzv ölkə kimi qurumun məqsədlərinə nail olması yönümündə iş aparacağını, dünyanın yoxsul ölkələri ilə Azərbaycanın iqtisadi sərvətlərini bölüşəcəyini bildirib.

XS
SM
MD
LG