Accessibility links

Əliməmməd Nuriyev: “Vətəndaşlıq haqqında” qanunun tətbiqi zamanı infrastruktur gücləndirilməlidir [Video Müsahibə]


Əliməmməd Nuriyev: “Vətəndaşlıq haqqında” qanunun tətbiqi zamanı infrastruktur gücləndirilməlidir [Video- müsahibə]
please wait

No media source currently available

0:00 0:07:26 0:00

Əliməmməd Nuriyev: “Vətəndaşlıq haqqında” qanunun tətbiqi zamanı infrastruktur gücləndirilməlidir [Video- müsahibə]

“Konstitusiya Araşdırmaları” Fondunun prezidentinin Amerikanın Səsinə müsahibəsi

“Konstitusiya Araşdırmaları” Fondunun prezidenti Əliməmməd Nuriyev Amerikanın Səsinə müsahibəsində “Vətəndaşlıq haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərdən danışıb.

“Bu dəyişikliklər səfirlik və konsulluqların işlərini artıracaq, əlavə bürokratiyanın yaranmasına səbəb olacaq. Bu da öz növbəsində vətəndaşların əziyyət çəkməsinə gətirib çıxaracaq”, o qeyd edib.

Nuriyev hesab edir ki, qanunun icrası zamanı infrastruktur gücləndirilməlidir. “Vətəndaşların on-layn müraciəti üçün imkanlar yaradılmalıdır. Səfirliklər və konsulluqlar hələ də insanlara zəruri elektron xidmət göstərə bilmir. Bu həm də korrupsiya hallarının yaranmasına, vətəndaşların əlavə vaxt itkisinə, əlavə vəsaitlərinin xərclənməsinə səbəb ola bilər”.

Fondun prezidenti hesab edir ki, qanuna dəyişikliklər və əlavələrin edilməsi xaricdə yaşayan Azərbaycan vətəndaşlarının avtomatik olaraq vətəndaşlıqlarının itirilməsinə səbəb olmayacaq.

“Qanuna edilmiş dəyişikliklər 2014-cü ilin iyulun 1-dən sonra yaranan münasibətlərə şamil edilir. Əgər xaricdə yaşayan Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul edəcəksə, orduda xidmət edəcəksə, bələdiyyə və digər seçkili orqanlara seçilərsə qanunun tətbiqi başlana bilər. Bunlar olmayıbsa, Azərbaycan vətəndaşı xarici ölkədə özəl sektorda, dövlət sektorunda çalışırsa bu heç də vətəndaşlığın itirilməsinə gətirib çıxarmayacaq. Konsulluqlar da məlumat verəndə bu məqamları nəzərə almalıdır”.

Onun fikrincə qanunun qəbulu ictimai münasibətlərdə yaranan boşluqların aradan qaldırılması ilə bağlıdır. “Bu ictimai-siyasi xarakterli qanundur. Burada Azərbaycan gözlənilən təhdidləri də nəzərə almaq lazımdır”.

XS
SM
MD
LG