Accessibility links

Elnur Aslanov vəzifəsindən azad edilib


Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov

O 2007-ci ildən Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri idi

Azərbaycan prezidentinin sərəncamı ilə Elnur Aslanov Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bundan öncə yerli mediada Elnur Aslaniv digər yüksək vəzifəli dövlət məmurlarının Fətulla Gülənin başçılıq etdiyi Nurçu hərəkatı ilə əlaqədə olduğunu yazırdı.

37 yaşlı Elnur Aslanov 1997-2001-ci illərdə iqtidarda olan Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı, 2001-2005-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektorunda referent, böyük məsləhətçi, 2005-2007-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləyib.

19 dekabr 2007-ci ildən Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri idi.

O Yeni Azərbaycan Partiyasının üzvüdür, siyasi elmlər namizədidir.
XS
SM
MD
LG