Accessibility links

Elnur Hüseynov “O səs Türkiyə” mahnı müsabiqəsinin qalibi olub [Video]


Elnur Hüseynov və Ebru Gündeş (Foto Akşam qəzetindən götürülüb)

Elnur Hüseynov və Ebru Gündeş (Foto Akşam qəzetindən götürülüb)

O, finalda “Aşk” mahnısını oxuyub

Elnur Hüseynov "O səs Türkiyə" mahnı müsabiqəsinin qalibi olub. Mahnı yarışması Türkiyənin TV8 televiziyasında canlı yayımlanıb.

Elnur finalda ilk olaraq "O Sole Mio" (Mənim günəşim) mahnısını oxuyub. Sonra isə Sertab Erenerin "Aşk" mahnısını ifa edib.

Elnur Hüseynov müğənni Ebru Gündəşin komandasında mübarizə aparıb.

Hüseynov 2008-ci ildə Azərbaycanı ilk olaraq "Eurovision" mahnı müsabiqəsində təmsil edib. O, Samir Cavadzadə ilə müsabiqənin 8-cisi olub.

XS
SM
MD
LG