Accessibility links

Müxalifət liderinin qohumunun məhkəməsi başlayır


Texnikabankın binası
Texnikabankın binası

Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır. O “Texnikank”ın Yasamal filialının rəhbər müvini olub və dələduzluq, israfçılıq, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur

“Texnikabank”ın Yasamal filialının rəhbər müavini, 42 yaşlı Elnur Seyidovun işi üzrə cinayət işi uydurmadır və siyasi motivlidir. Bu barədə mətbuat konfransında E.Seyidovun vəkilləri bildiriblər.

Onların sözlərinə görə, E.Seyidov AXCP sədri Əli Kərimlinin müxalifətçi fəaliyətinə görə siyasi sifarişlə təqib olunur.

Vəkillər Əsabəli Mustafayev və Fəxrəddin Mehdiyev
Vəkillər Əsabəli Mustafayev və Fəxrəddin Mehdiyev
E.Seyidovun barəsində istintaq başa çatıb və martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası təyin edilib.

E.Seyidov ötən il martın sonlarında həbs olunub.

“Texnikabank”ın Müşahidə Şurasının rəhbəri Etibar Əliyev də daxil olmaqla, bankın bir neçə əməkdaşı cinayət məsuliyyətə cəlb edilib.

E.Seyidov dələduzluq, israfçılıq, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur.
Lakin vəkil Əsabəli Mustafayevin sözlərinə görə, E.Seyidovun konkret nədə təqsirli bilindiyi cinayət materiallarından məlum deyil.

“O, nə vətəndaşlara, nə də banka hər hansı maddi ziyan vurmayıb”, - vəkil vurğulayıb.
Bütün ittihamlar E.Seyidova qarşı yalan ifadə vermiş hansısa iki müştərinin ifadələri üzərində qurulub.

Vəkil həmçinin bu iş üzrə istintaqın prokurorluq və polis tərəfindən deyil, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılmasının qanunauyğun olmadığını bildirib.
Onun sözlərinə görə, real istintaq hərəkətləri aparılmayıb.

Müdafiə tərəfi qanunsuz həbslə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib. Lakin Ə.Mustafayev təəssüflə qeyd edib ki, Strasburq məhkəməsi Azərbaycan üzrə işə baxılmasını yubadır.

Digər vəkil Fəxrəddin Mehdiyev də istintaq zamanı qanun pozuntusuna yol verildiyini qeyd edib. O, E.Seyidovun səhhəti ilə bağlı ciddi problemlərin olduğuna diqqəti yönəldib. O, onurğa və dağınıq skeleroz xəstəliyindən əziyyət çəkir.

E.Seyidovun işğənələrə məruz qalması ilə bağlı sualın cavabında “ağır xəstə adamın həbsdə saxlanmasının özü elə işgəncədir” cavabını verib.

Bundan əvvəl bəzi KİV-lər bildirib ki, bankda həbslər İrana qarşı maliyyə sanksiyalarının pozulmasına bağlılıqla əlaqədar aparılıb və hakimiyyət bu işdən əməliyyatlara aidiyyatı olmayan E.Seyidovun həbsində istifadə edib. Belə ki, E.Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG