Accessibility links

Müsavat Partiyasının keçmiş üzvü Əlövsət Sadıxlı və oğlu Elgiz Sadıqov fevralın 13-də saxlanıb. Elgiz Sadıqova qarşı narkotik ittihamı irəli sürülüb.

Əlövsət Sadıqlının Almaniyada mühacirətdə olan digər oğlu Tural Sadıqlı facebook səhifəsində bildirib ki, atası Əlövsət Sadıqlı polisə müqavimət, qardaşı Elgiz Sadıqov isə narkotik ittihamı ilə şərlənərək, həbs olunub.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidməti Amerikanın səsinə Elgiz Sadıqlının konkret cinayət əməlinə görə həbs edildiyini bildirib.

“Elgiz Sadıqovun Sabunçu rayon Polis İdarısinin əməkdaşları tərəfindən saxlanmasına bəzi media vasitələrində siyasi rəng verilməsi təəssüf doğurur. Elgiz Sadıqov törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb. Belə ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ondan 5,32 qram narkotik vasitə olan marixuana götürülüb. Elgiz Sadıqova məxsus Mersedes markalı avtomobilə baxış zamanı oradan əlavə olaraq külli miqdarda, - 1 kiloqram 505 qram marixuana aşkar edilərək götürülüb. Əsl həqiqət budur”, Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəsinin müavini Ehsan Zahidov Amerikanın Səsinə bildirib.

Sabunçu rayon Polis İdarəsində fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırlıb.

Elgiz Sadıqov (Foto musavat.com saytından götürülüb)

Elgiz Sadıqov (Foto musavat.com saytından götürülüb)

Vəkil Yavər Hüseyn Amerikanın Səsinə bildirib ki, hazırda Əlövsət Sadıqlı Sabunçu rayon Məhkəməsinə gətirilib. “Əlövsət Sadıqlı İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi (Polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə günahlandırlır. Günortadan soinra məhkəmə onunla bağlı qərar qəbul edəcək.

“Əlöövsət Sadıqlıya qarşı irəli sürülən ittiham tam əsassızdır. O filoloqdur və davranışında tam nəzakətlidir. Əlövsət Sadıqlı heç zaman biədəb ifadə işlətmir”, vəkil qeyd edib.

Onun sözlərinə görə, günü ikinci yarısında Elgiz Sadıqlı da məhkəməyə gətiriləcək.

Müsavat Partiyası Əlövsət Sadıqlı və oğlu Elgiz Sadıqovun ictimai müdafiəsini təşkil edəcək.

“Əlövsət Sadıqlı Müsavat Partiyasının üzvü olub və bu yaxınlarda partiyadan xaric edilib. Biz onun və oğlunun müdafiəsini təşkil edəcəyik”, Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı Amerikanın Səsinə bildirib.

Əlövsət Sadiqlinın digər oğlu Tural Sadıqlı Almaniyada siyasi mühacirətdədir. Tural Sadıqlı Amerikanın Səsinə bildirib ki, atası meydan hərakatı zamanından haqsızlığa və irticaya qarşı mübarizə aparır.

“Atam uzun illərdir Əliyev iqtidarına qarşı siyasətdə iştirak edib. Bir müddət əvvələ kimi Müsavat Partiyasının üzvü idi. Azadsoz.com xəbər portalına redaktorluq edirdi. Atamın və qardaşımın həbsindən sonra dünəndən bəri saytımızın admin panelini girmek olmur. Qardaşımın isə siyasi mənsubluğu olmamasına baxmayaraq etiraz aksiyalarında fəal iştirak edirdi. Bütün bunlarla yanaşı həbslərinin ən əsas motivi kimi Almaniyada rəhbəri olduğum Avropa Demokratiyaya Dəstək Alyansının fəaliyyəti və xüsusilə 21 yanvarda Ilham Əliyevin Almaniyanın kansleri Angela Merkellə görüşü zamanı alyansımızın Berlində kansleramtın qarşısında keçirdiyi etiraz aksiyasını görùrəm. Ilham Əliyev bu etiraz aksiyasından çox təsirlənmişdi. Aksiyadan bir neçə gün sonra alyansımızın üzvlərinin Azərbaycandakı yaxınlarına təzyiqlər yaranmışdı. İşdən çıxartmalar, hədə qorxular. Sonda da atam və qardaşımın həbsi ilə tamamlandı”, o qeyd edib.

XS
SM
MD
LG